Bu gün İnternet şəbəkəsində Infiniti şirkətinin Şanxayda keçiriləcək avtosalonda nümayiş etdirməyi planlaşdırdığı Qs Inspiration konseptinin şəkilləri peyda olub. Şəkilləri Çinin Autohome saytı yayıb.

Yeni konsept “elektrikləşdirmə zamanında formatın inkişaf vektorunu” nümayiş etdirəcək və gələcək seriya modeli barədə danışacaqdır. Avtomobilin əsasını hibrid və elektrik güc qurğularının quraşdırılması üçün uyğunlaşdırılmış arxitektura təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt

Infiniti Qs Inspiration konseptinin dizaynı Yaponiyanın ənənəvi incəsənəti və müasir arxitekturasından ilham alınaraq yaradılmış üslubda hazırlanıbdır. Minimalsitik yanaşma nəinki avtomobilin eksteryerində, həmçinin “təmiz” kokpit və sərnişinləri rahatlıqla təmin edən iki hissəyə bölünmüş interyerində də nəzərə çarpır.