Bu günlərdə YouTube kanalında Hengtian L4600 modelinin interyeri əks etdirilən videoçarx dərc edilib. Ən maraqlısı oldur ki, bu avtomobil Toyota Land Cruiser modelinin "klonudur". Çin nüsxəsinin interyeri orijinaldan daha dəbdəbəli görünür: L4600 modeli multimedia sistemi daha böyük ekranına, daha çox "ağacdan" hazırıanmış dekor elementlərinə sahibdir. Avtomobilin kresloları, panelləri və qapı kartları iki rəngli dəri ilə örtülmüşdür.

Hətta, Hengtian L4600 modelinin ölçüləri cari Land Cruiser 200 modelində olduğundan daha böyükdür: ofrouderin uzunluğu 5239 millimetr, eni - 2026 millimetr, hündürlüyü - 1932 millimetr, təkər bazasının genişliyi isə 2950 millimetrdir. Müqayisə üçün, Land Cruiser 200 modelinin qabaritləri 4950x1970x1950 millimetr, təkər bazası isə 2850 millimetrdir.

Zahiri cəhətdən, Hengtian L4600 ofrouderi iki Toyota modelinə bənzəyir: ön tərəfdən çin modeli hazırkı Land Cruiser Prado modelinə, arxa tərəfindən isə 2007-ci ilin Land Cruiser 200 modelinə bənzəyir. Kuzov panelləri və optika vizual olaraq yapon modellərinə bənzəsə də, orijinaldırlar.

Çin oforuderinin şassi arxitektarusa da Land Cruiser modelini təkrarlayır. Mühərrik və transmissiya yerli istehsaldır, lakin əsas olaraq yapon aqreqatları götürülüb. Kapotun altında Futai Power Co., şirkəti tərəfindən istehsal olunan 286 at qüvvəli 4,6-litrlik benzin mühərriki yerləşir. Güc aqreqatı avtomatik transmissiya ilə tandemdə çalışır.

Hengtian L4600 modelinin təqdimatı aprel ayında keçirilməli idi, lakin Pekin avtosalonunun koronavirus pandemiyası ucbatından ləğv edilməsindən sonra, istehsalçı modeli onlayn şəkildə təqdim edə bilər.