Citroen şirkəti yeni C4 kross-hetçbek haqqında ətraflı məlumat yayıb. İki həftə əvvəl fransız markası modelin şəkillərini dərc etmişdi, indi isə avtomobilin texniki xüsusiyyətləri dərc olunub. Yeni model benzin, dizel və ё-C4 adlı elektrik versiyasında satışa çıxarılacaqdır.

Yeni Citroen C4 modelinin qabarit uzunluğu 4360 millimetr (+ 31 millimetr), eni - 1800 millimetr (+11 millimetr), hündürlüyü - 1525 millimetr (+34 millimetr), təkər bazası isə 2670 millimetr (+62 millimetr) təşkil edir. Baqajhəcmi - 380 litrdir.

C4 Cactus və C5 Aircross kimi, yeni hetçbek "klassik" Hydractive hidropnevmatik asqını əvəzləmiş "proqressiv hidravlik bamperləri" olan asqı sistemini alıb. Citroen'dən bildirildiyi kimi, belə asqısı olan avtomobildə gəzinti "uçan xalça effektini" yaradır və yolun üzərində "süzmək" hissini verir.

CMP/e-CMP modul platformasının üzərində inşa edilmiş kross-hetçbek, gücü 100 - 155 at qüvvəsi arasında olan beş benzin mühərriki, həmçinin 110 və 130 at qüvvəli iki dizel mühərriki ilə təklif ediləcəkdir. Güc aqreqatları altı pilləli mexaniki və ya 8-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışırlar.

Elektrik ё-C4 versiyası 136 at qüvvəli elektrik mühərriki (260 Nm) və 50 kilovat saat tutumlu litium-ion batareyadan ibarət olan güc qurğusu ilə təchiz edilir. Citroen ё-C4 100 km/saat həddinə 9.7 saniyəyə sürətlənir. Onun maksimal sürəti 150 km/saatdır. Əyləcləmə zamanı enerjinin rekuperasiyası  sistemi ilə təchiz edilmiş hetçbek, dolu batareya ilə 350 kilometr məsafəni qət edə bilər.

Yüz kilovat gücündə yükləmə stansiyasından avtomobilin batareyasını bir dəqiqəyə 10 kilometrə qədər məsafə qət etmək üçün kifayət edəcək cərəyanla təmin etmək olar. Batareyanın həcminin 80 faizi yarım saata doldurmaq mümkündür. Elektromobili adi məişət elektrik mənbəyindən doldurmaq üçün bir gündən çox vaxt lazımdır.

Citroen C4 modelinin salonunda planşet üçün nəzərdə tutulmuş və ön panelə birləşdirilmiş xüsusi geri çəkilə bilən bərkitmə nöqtəsi, kiçik əşyalar üçün 16 bölmə, rəngli proyeksiya ekranı, 16 GB yaddaşa sahib olan videoregistrator və uzaq səyahətlər zamanı sərnişinləri rahatlıqla təmin edəcək xüsusi köpüklə doldurulmuş oturacaqlar var.

Modelin avadanlıq siyahısına dairəvi videobaxış sistemi, adaptiv kruiz-kontrol, döngələrin işıqlandırması sistemləri, yol xətlərinə nəzarət, yol nişanlarının tanınması və avtomobillər, piyadalar və ya velosipedçilərlə toqquşma təhlükəsi aşkar edilən zaman aktivləşən avtomatik əyləcləmə sistemi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni C4 və ë-C4 üçün kuzov rənglərinin və rəng elementləri paketlərinin 31 növü, həmçinin altı fərqli salon tərtibatı variantları təklif edilir.

Avropada yeni Citroen C4 kross-hetçbeki və ë-C4 elektromobilinə sifarişlər qəbuluna 2020-ci ilin payızında başlanacaqdır.