Britaniyanın "Beşinci ötürmə" verlişinin keçmiş aparıcısı Conni Smit, 1974-cü ildə buraxılmış Enfield 8000 elektromobilini dreq-reysinq üçün nəzərdə tutulmuş 800 at qüvvəli monstra çevirmişdir. "Santa Pod" trassasında keçirilmiş yarışlarda Smit dörddə bir mili (402 metri) 9,86 saniyəyə qət etmişdir.

Bu ana qədər, dreq məsafəsini 10,25 saniyəyə qət etmiş Datsun White Zombie avtomobili dünyanın ən yeyin elektrokarı hesab edilirdi. 800 at qüvvəli Enfield 8000 avtomobilinin hazırlanmasına Smit iki ildən artıq vaxt sərf etmişdi. Jurnalist avtomobilə bənzəri Vell SuperCobra helikopterində pulemyotların doldurulması üçün istifadə elektromotorun iki nüxsəsini və batareyalar dəstini quraşdırmışdır. Rekord yürüş zamanı elektromobil 194 kilometr/saat sürətini toplamışdır. Elektromobil "Geriyə gələcəyə" filmindəki qurğunun şəninə "Axın toplayıcısı" adını almışdır.

Smit hər zaman "Britaniya elektrik hot-rodunu" hazırlamağı arzusunda olduğunu bildirmişdir. O, avtomobildə spidometrin söndürüldüyünü, avtomobilin Smitin 15 il ərzində test etdiyi sportkarlardan da güclü emosiyalar bəxş etdiyini bildirmişdir.