Bu gün təqdim edilən Corvette modelinin təqdimatı kifayət qədər uzun olub. Əlbəttə, bu təqdimatı sonuna qədər izləməyənlər də çox olub. Lakin, hövsələ edib təqdimatı izləməyə davam edənlər yeni Corvette Stingray modelinin açıq versiyasını da görmək şansı əldə ediblər. Nümayiş etdirilən epizodların birində kabriolet ani olaraq ekranda peyda olub.

Yeni Stingray çıxarılan tavana malik olan tarqadır. Avtomobili kupedən tarqaya çevirmək üçün dam panellərini əllə çxıraraq baqaja yığmaq tələb olunur. Stingray modelinin rodster versiyası isə, tarqadan ciddi fərqlənir. Bununla belə, istehsalçı hələik kabriolet barədə heç bir məlumat verməyib.

Mənbə: Motor1

Image alt Image alt Image alt Image alt