Keçən il Seat şirkətindən ayrılmış Cupra markası “bərkgedən” Leon Cupra R ST universalını təqdim edib. Öndən çəkişli Seat Leon Cupra R hetçbekindən fərqli olaraq, universal tam çəkiş sistemi ilə təklif edilir. Leon Cupra R ST modelinin satışlarına bu ay start veriləcəkdir.

Leon Cupra R ST modeli 300 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik ilə təchiz edilir. Güc aqreqatı yeddi pilləli DSG “robotu” və 4Drive tam çəkiş sistemi ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə “bərkgedən” universal 4,9 saniyəyə sürətlənir. Leon Cupra R ST modelinin maksimal sürəti 250 km/saatdır.

 

Yeni Leon Cupra R ST modeli mənfi mailliyi olan təkər bucaqlarına, buraxılış sisteminin dörd çıxış borusuna, karbonplastikdən aerodinamik elementlərə, 19-düymlük təkər disklərinə və ön Brembo əyləc mexanizmlərinə malikdir.

Universalın salon tərtibatında mis rəngində aksentləri olan karobu təqlin edən materialdan və alkantaradan istifadə edilib. Cupra modelinin təchizatına idman oturacaqları, Digital Cockpit rəqəmsal cihazlar paneli, səkkiz düymlük displeyi və smartfonların qoşulması funksiyası olan multimedia sistemi daxildir.

Image alt Image alt Image alt Image alt