Cupra modeli brendin spesifikasiyasına uyğun olaraq yaradılmış ilk modelinin zahiri görkəmini açıqlayıb. Formentor adlandırılan hibrid krossoverin kütləvi debütü Cenevrə avtosalonunda baş tutacaqdır. Krossover Mayorkada olan eyni adlı yarımadanın şərəfinə adlandırılıb. Formentor «küləklərin görüşdüyü yer» anlamına gəlir.

Cupra Fprmentor modelinin xarici görkəmi özündə klassik krossover və sportkar xüsusiyyətlərini cəmləyir. Yaradıcılarının fikrincə kuzovun eni boyu uzanan arxa işıq texnikası və Petrol Blue tutqun rəngi «yüksək keyfiyyət və zəriflikdən» xəbər verir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossoverin salon tərtibatı üçün iki rəngli dəridən istifadə edilir. Salonda karbondan əsası olan çalovşəkilli oturacaqları, aşağı hissəsi «kəsilmiş» sükan çarxı, rəqəmsal cihazlar panelini və 10-düymlük displeyi olan klimatik sistemin displeyini görmək olar. Mərkəzi konsolda transmissiyanın düyməli selektoru, mühərriki işə salma düyməsi və iki USB-C girişi var.

Cupra Formentor modeli tərkibinə turbomühərrik, elektromotor və inteqrə edilmiş akkumulyator bloku daxildir. Qurğunun ümumi hasilatı 245 at qüvvəsidir. Mühərrik DSG «robotu» ilə tandemdə çalışır. Elektrik ötürməsi ilə Formentor WLTP metodu ilə 50 kilometr məsafə qət edir. Konseptin təchizatına elektronika ilə idarələnən DCC amortizatorları və differensialın qapanması daxildir.