Renault şirkəti yenilənmiş Dacia Duster modelinin kommersiya versiyasını təqdim edib. Ucuz krossover arxa divandan məhrum edilib, ön oturacaqların arxasına polad barmaqlıq əlavə olunub və yük bölməsinin döşəməsinə taxtadan altlıq qoyulub. Furqon 1623 litrlik baqaj bölməsinə malikdir, onun yükgötürmə qabiliyyəti isə demək olar ki, yarım tondur. İngiltərədə Duster Commercial modelinin qiyməti adi krossoverin qiymətindən təxminən 10% ucuzdur.

Duster Commercial modeli yenilənmiş krossover ilə eyni yenilikləri əldə edib - işıq texnikası, radiator barmaqlığı, tərtibat materialları və salondakı multimedia sistemi dəyişdirilib.

Unifikasiya naminə, Duster Commercial modeli adi krossoverin kuzovunu qoruyub saxlayıb, ancaq arxa qapılarda elektrik şüşəqaldıranları yoxdur və onların pəncərələri sıx qeyri-şəffaf örtüklə üzləniblər.

Taxta döşəmə rezinlə örtülmüş, təkər tağları da qapadılmışdırlar və beləliklə, yük bölməsi düzgün formadadır və dərinliyi 1,8 metrə çatır. Yükləmə/boşaltma zamanı bamperin cızılmaması üçün xüsusi örtük nzədə tutulub, bağlama halqaları var, lakin əlavə lampalar və ya rozetkalar təklif edilmirlər.

Kommersiya furqonunun alıcıları krossover üçün təklif edilən eyni mühərrikləri seçə bilərlər. Bunlar 90-150 at qüvvəsi arasında gücünə malik 1,0-litrlik üçsilindrli və ya 1,3-litrlik dördsilindrli turbomühərriklər, həmçinin 115 at qüvvəli 1,5-litrlik turbodizeldir.

Robotlaşdırılmış preselektiv ötürmələr qutusu yalnız ən güclü benzin versiyasına qoyulur, qalanlar versiyalar isə 6-pilləli mexaniki transmissiya ilə kifayətlənməli olacaqlar. Tam ötürmə ilə də vəziyyət fərqlidir - belə transmissiya yalnız dizel mühərrikli Duster modelinin imtiyazıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İngiltərədə Dacia Duster Commercial modelinin baza versiyası 12,8 min funtq sterlinqə (29.740 manat) başa gələcəkdir, beş nəfərlik krossover üçün isə ən azı 14 min funt sterlinq (32.230 manat) ödəmək lazımdır. Beləliklə, arxa oturacaqlardan imtina sayəsində pula qənaət etmək olar.

Furqonlar bu ilin sonuna qədər Britaniyadakı dilerlərin salonunda peyda olmalıdırlar. Satış coğrafiyasının genişlənməsi haqqında məlumat verilməyib, ancaq bənzər modifikasiyanın kontinental Avropada da satılacağı istisna edilmir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.