Bu ayın əvvəlində Red Bull Racing komandasının avstraliyalı pilotu Daniel Rikkardo çoxdankı arzusunu həyata keçirib.

Sən demə, avstraliyalı pilot hələ uşaqlıqdan amerikan kuzov seriyası olan NASCAR seriyasının azarkeşidir və o nəhayət ki, bu yarışlarda iştirak etmək imkanını əldə edib. Rikkardo seriyanın ən yüksək diviziyonu olan Monster Energy Cup yarışlarının Texasda keçirilən mərhələsinə baş çəkib.

Autosport nəşrinin bildirdiyinə görə, Rikkardo NASCAR seriyasının ulduzu Deyl-Ernhard-cunior və seriyanın yenicə parlayan ulduzu Çeyz Elliottla görüşüb, pilotların brifiqində və startöncəsi mərasimdə iştirak edib, yarışa komanda körpüsündən tamaşa edib. Eyni zamanda, Rikkardo Ernhardla dəbliqə mübadiləsi ediblər.