Alman brendi özünün model xəttindəki “kiçik” 718 sportkarının vida versiyasını - 718 Spyder RS modelini nümayiş etdirib. Əslində, söhbət GT4 RS kupesinin açıq kuzovlu analoqundan gedir: ikiqapılıların bəzi aerodinamik elementləri və asqı komponentləri unifikasiya olunub. Yenilik yalnız 4,0-litrlik atmosfer mühərriki və 7-pilləli preselektiv "robot"un tandemi ilə təchiz edilir. Sportkarın ABŞ-dakı satış qiyməti 160 700 dollardan başlayır.

Porsche 718 Spyder RS spayderi öz mühərrikini 911 sportkarının “trek” versiyalarından götürüb. Aqreqat 500 at qüvvəsi və 450 Nm fırlanma anı istehsal edir ki, bu da orijinal spayderdə olduğundan 80 at qüvvəsi və 30 Nm çoxdur. Prinsipcə mexaniki ötürmələr qutusu quraşdırılmadığına görə, 718 Spyder RS ailənin ən dinamik modelidir: o, 100 km/saat həddini 3.4 saniyəyə toplayır.

Spyder RS ile Cayman GT4 RS arasındakı fərqlər nüanslardan ibarətdir: üstü açıq versiyada nəhəng arxa antiqanad yoxdur, yaylar və amortizatorlar isə daha “yumşaq” tənzimləmələrə malikdirlər. Yeniliyin boş çəkisi 1410 kiloqramdır, yəni RS versiyası adi spayderdən 40 kiloqram yüngüldür.

Paslanmayan poladdan hazırlanmış buraxılış sistemi, 20-düymlük təkər diskləri, PASM adaptiv amortizatorları və 30 millimetr azaldılmış klirens üçün əlavə ödəniş gərəkdir. Bununla belə, opsiyalar kifayət qədər çoxdur: Weissach trek paketini (kuzovun karbondan detalları, titandan buraxılış sistemi, “çalov” oturacaqlar), maqnezium ərintisindən diskləri və ön paneldə orijinal xronometri sifariş etmək də mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche 718 Spyder RS sportkarının ictimai təqdimatı iyun ayında alman markasının 75-illik yubileyinə həsr olunmuş tədbirdə baş tutacaqdır. Daha sonra yenilik Qudvud Sürət Festivalında nümayiş etdiriləcəkdir. Vida spayderi Amerikadakı diler salonlarında 2024-cü ilin yazında peyda olmalıdır, Avropadakı dilerlər isə, sifariş etdikləri sportkarları bu il almalıdırlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.