2019-cu ildə yenidən dirçəldilmiş De Tomaso markası yeni P900 hiperkarını təqdim edib. Gözlənildiyi kimi, 3 000 000 dollar qiyməti olan yeni hiperkar sintetik yanacaqla işləyən və 900 at qüvvəsi hasil edən V12 mühərriki ilə təchiz olunub. Doğrudur, belə mühərrikləri 2024-cü ilin sonunda quraşdıracaqlar, ona görə də hələlik avtomobili yalnız V10 Judd mühərriki ilə sifariş etmək olar. P72 modelindən fərqli olaraq, “doqquz yüz” aerodinamika baxımından daha dərindən işlənib: onu hətta Formula 1 avtomobilləri üçün istifadə olunan külək tunelində “üfləyiblər”.

Alexandro de Tomazo italyan overinjinirinqinin, xüsusən də V12 mühərriklərinin Ferrari və Lamborghini markalarının ABŞ-dakı uğurlarına mane olduğunu hesab edirdi və buna görə də, öz avtomobilləri üçün Ford mühərriklərini seçmişdi. Ancaq buna baxmayaraq, uzun illər sonra onun adını daşıyan şirkət V12 mühərriki ilə hərəkətə gələn avtomobili təqdim edib. Bu, üç milyon dollar qiyməti olan və 18 nüsxəlik tirajla buraxılacaq P900 hiperkardır.

Retrodizaynlı berlinetta P72 modelinin şassisi üzərində inşa edilib. O, donordan kuzovun daha dərindən işlənilmiş aerodinamikası (hətta DRS ilə aktiv qanad bəyan edilib) və əlçatan mühərriklər dəsti ilə fərqlənir. Dirçəldilmiş De Tomaso markasının ilk avtomobili Mustang modelinin kompressorlu V8 mühərrikindən faydalansa da, P900 üçün V10 Judd aqreqatı və V12 atmosfer mühərriki arasında seçim təklif edilir.

De Tomaso şirkətindən verilən məlumata görə, onlar tarixdəki ən yüngül və ən yığcam 12-silindrli aqreqatı yaratmağa nail olublar. O, sintetik yanacaqla işləyir, 900 at qüvvəsi hasil edir və 12300 dövr/dəqiqəyə qədər sürətlənir (GMA T.50 motorundan 200 rpm çox). P900 modelindəki güc-çəki nisbəti Koenigsegg One: 1 hiperkarındakı kimi 1:1 nisbətindədir. Bu günə avtomobil haqqında məlum olanların hamısı budur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

P900 hiperkarının tam ölçülü təqdimatı gələn ilin yazında baş tutmalıdır. Göründüyü kimi, avtomobil trek yönümlü olacaq və elan edilmiş De Tomaso Competizione monokubokunda iştirak edəcəkdir. Layihə barədə daha ətraflı texniki təfərrüatları və ikiqapılı modelin dinamik xüsusiyyətləri də gələn il açıqlanacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.