(Crewe, 6 dekabr 2017-ci il) Bentley Bentayga modeliu Robb Report nəşri tərəfindən “İlin yolsuzluq avtomobili” seçilib.

Bu il ilk dəfə təqdim edilən bu mükafat, Robb Report nəşrinin redaksiyası və xüsusi olaraq seçilmiş Robb Report klubunun üzvlərindən ibarət ekspert qrupu tərəfindən Bentley Bentayga modelinə verilib.  Ekspertlər  Bentley Bentayga krossoverinin dəbdəbəli ofroderlər seqmentində “əsl yenilikçi” avtomobil olduğunu bildiriblər.

Erin Baker, Robb Report UK nəşrinin avtomobil bölümünün redaktoru qəbul edilmiş qərarı belə şərh edib: "Bentayga tamamilə yeni seqment yaradır:  ultra-lüks krossoverlər. Bentley Bentayga digər yolsuzluq avtomobillərini hər cəhətdən üstələyir. Siz belə yüksək səviyyədə ustalığa Kryudan başqa harada rast gələ bilərsiniz?”.

Dünyanın ən sürətli krossoveri olan Bentley Bentayga 608 at qüvvəsinə və 900 Nm fırlanma anına malik olan 6,0-litrlik turbomühərrik ilə hərəkətə gəlir. Səkkiz diapazonlu ZF firmasının avtomatik sürətlər qutusu birgə çalışan turbomühərrik dəbdəbəli krossoveri 100 km/saat həddinə 4,1 saniyəyə sürətləndirir. Bentayga modelinin maksimal sürəti 301 km/saata bərabərdir. Bentayga layihəsi Bentley markasının tarixində olan ən iri miqyaslı layihələrdən biri olubdur. Bu layihə sonunda dəbdəbəli yolsuzluq avtomobilləri seqmentinin yaranmasına təkan verib.

Bentley şirkətinin tamamilə yeni avtomobili buraxacağını elan etməsi ilə, britaniya markasına olan diqqəti və yeni avtomobilə olan tələbatı atrırmış oldu.

“Bentayga – yolsuzluq avtomobillərinin “Bentlisidir”. Bu avtomobil yolsuzluq avtomobilləri seqmentinə Bentley markasına məxsus olan detallara olan möhtəşəm diqqəti və ən yüksək texnologiyaları gətirdi” – Bentley şirkətinin satış, marketinq üzrə idarə heyətinin üzvü Kevin Rouz bildirib. 

Image alt Image alt Image alt Image alt