Orijinal DMC DeLorean modelinin bazara çıxmasından təxminən qırx il keçir, məşhur “qağayı qanadı” olan idman avtomobili geri dönür. Bununla belə, o, artıq kupe deyil, 60 mil/saat sürətini (97 km/saat) 3,4 saniyəyə toplayan və maksimal sürəti 241 km/saat olan elektrik güc qurğusu ilə təchiz edilmiş dörd nəfərlik Alpha5 fastbəkdir. Hələlik elektrokar rəsmi şəkillərdə nümayiş etdirilib və onun təqdimatı avqust ayında Pebble Biçdə keçiriləcək Zəriflik müsabiqəsində baş tutacaqdır.

1995-ci ildən DeLorean brendi texaslı sahibkar Stiv Uayna məxsusdur və onun şirkəti əsasən DMC-12-nin salamat qalmış nüsxələrinin bərpası ilə məşğul idi. Bununla belə, təxminən bir il əvvəl Uayn DeLorean tam ölçülü dirçəlişinə qərar verib və Alpha5 layihəsinə start verilib. Bu adı rəsmi şəkillərdə təqdim olunan 2 + 2 oturma düsturuna malik elektrik fatsbəkinə verilib.

Italdesign tərəfindən hazırlanmış Alpha5 modelinin yuxarıya doğru açılan nəhəng “qağayı qanadı” qapıları var, lakin orijinal DMC-12 modeli ilə oxşarlıq burada sona çatır. Fastbəkdə mərkəzi sütunları yoxdur və onun kuzovu bucaqlı DMC-12 modelindən fərqli olaraq daha axıntılı olub. Bəyan edilmiş aerodinamik müqavimət əmsalı 0,23-dür.

Salonda inkişaf etmiş yan dəstəyi olan dörd fərdi oturacaq var, demək olar ki, heç bir fiziki düymə yoxdur, cihazlar paneli tamamilə rəqəmsaldır və daha  bir ekran mərkəzdə quraşdırılıb və rəvan şəkildə mərkəzi konsola keçir. Sürücünün sağında bir yuvanı görmək olar - yəqin ki bu, smartfon üçün simsiz doldurma cihazıdır.

Hələlik texniki detallar azdır, lakin insayder məlumatlarına görə, model Italdesign və Williams Advanced Engineering tərəfindən hazırlanmış EVX modul platformasına əsaslanır. Elektrokarın 0-60 mil/saat həddinə sürrətlənməsinə 3,4 saniyə gərəkdir. Onun maksimal sürəti 241 km/saatdır. Elektromobil EPA dövrü üzrə 483 kilometrlik yürüş ehtiyatını təmin edəcək “100 kilovat-saatdan çox” tutumu olan batareyanı alıb.

DeLorean Alpha5-in istehsalının İtaliyada təşkil ediləcəyi gözlənilir.

DeLorean Alpha5 Porsche Taycan elektromobili ilə eyni sinifdədir. Bununla belə, əgər Taycan kütləvi istehsal olunarsa, Alpha5 yalnız 88 ədədlik məhdud saylı tirajla buraxılacaq ki, bu da orijinal DMC-12 modelini məşhur edən “Gələcəyə Qayıdış” trilogiyasına işarədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Daha sonra DeLorean şirkətinin model çeşidi V8 mühərrikli kupe, elektrik sedanı və böyük elektrik krossoveri ilə genişlənəcəkdir. Bundan əlavə, 80-ci illərin orijinal DMC-12 sportkarına əsaslanan retomodun yaradılması planlaşdırılır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.