Infiniti şirkəti Detroyt avtosalonunda Q Inspiration adlı konsept avtomobilini nümayiş etdirib. Konsept dəyişən sıxılma əmsalı olan turbomühərrik və növbəti nəsil ProPilot avtonom idarəetmə sistemi ilə təchiz edilib.

Özündə kupe ölçülərinə malik olan klassik sedan üslubunu birləşdirən konsept yapon markasının yeni dizayn dilini nümayiş etdirir.  Infınıti Q Inspiration örta ölçülü sedan seqmentində yeni arxitekturanın yaradılması cəhdidir.

Şirkətdən yığcam güc qurğusu sayəsində quruluş məhdudiyyətlərini aşaraq qısa kapotun və geniş salonun yaradıldığını bildiriblər. Infiniti markasının şef-dizayneri Kərim Həbibin sözlərinə görə, prototipin interyeri “firəvanlıq və komfortun minimalist təzahürüdür”.

Konseptin interyerinin tərtibatında yapon qayınının şponundan, dəri və ipəl saplarla hörülmüş qızılı düyü kağızından hazırlanmış “nisidzin-ori” toxuculuq materialından istifadə edilib.

Sedanın salonunda süzən mərkəzi konsol, fon işıqlandırması, “sıfır qravitasiyalı” oturacaqlar və hər bir sərnişin üçün fərdi displeylər quraşdırılıb. Multimedia sistemi hər bir ekranda müxtəlif kontenti əks etdirməyə imkan verir. Məsələn, sərnişinlər bir-birlərinə mane olmadan musiqi dinləyə və ya filmə baxa bilərlər.

Prototipin avtopilot sistemi müstəqil olaraq avtomobili şossedə idarə edə bilər.

O, verilmiş marşruta uyğun hərəkət edə və tıxaclarda sürəti saxlaya bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt