Vaxtı ilə Alfa Romeo şirkəti DTM çempionatına uğurla çıxış edən komandalardan biri olmuşdur. Bu çempionatı izləyənlər Alfa Romeo 155 V6 TI DTM yarış avtomobilini xatırlamalıdırlar. O zamanlar Alfa Romeo Mercedes-Benz və Opel şirkətinin avtomobilləri ilə rəqabət aparırıdı.

Yeni Giulia modelinin təqdim edilməsi və onun “bərkgedən” Qudrifiglio Verde modifikasiyasının mövcudluğu italyan markasının fanatlarını Alfa Romeo’nun DTM çempionatında iştirakı barədə xəyallar qurmağa vadar etmişdir. Rc-workchop saytından olan dizaynerlər Alfa Romeo Giulia DTM avtomobilinin görünüşü barədə təsəvvür yaratmaq üçün xüsusi render hazırlamışdırlar. Rederdən göründüyü kimi Giulia DTM avtomobillərinə xas olan aerodinamik kuzov dəsti, iri antiqanadla və məşhur Martini livreyasında  təsvir edilmişdir. Bir DTM fanatı kimi bildirmək istərdim ki, italyan markasının bu çempionata qatılması bu yarışlara rəngarənglik qata bilərdi.

Təəssüflər olsun ki, hal-hazırda italyan brendinin DTM çempionatında iştirakını mümkün edən bir məlumat yoxdur. Bu gün Alfa Romeo komandası TCR çempionatında Giulietta avtomobili ilə təmsil edilmişdir.

Alfa Romeo 155 V6 Tİ DTM