Dodge şirkəti yeni Challenger SRT Demon kupesi ətrafında ehtirasları qızışdırmaqda davam edir. Bu gün amerikan istehsalçısı növbəti videotizeri yayımlamışdır. Bu dəfə çarxda avtomobilin multimedia sistemi nümayiş etdirilir.

Dodge Challenger SRT Demon modelinin multimedia sistemi, avtomobilin sahibinə onun çoxsaylı parametrlərini izləmək imkanı yaradacaqdır. Bundan başqa, videoda avtomobilin dinamikası haqqında da məlumatı görmək mümkündür. Misal üçün, maslkar 60 mil/saat (96 km/saat) sürətini üç saniyəyə toplayır. Multimedia sisteminin Performance Pages hissəsində müxtəlif temperaturalar, yanacaq qarışığının tərkibi, hal-hazırda istifadə edilən güc, 60 mildən 100 milə qədər sürətlənmənin vaxtı və dreq yürüşlərinin nəticələri haqqında məlumatları izləmək olar.

Bununla yanaşı, sistemdə yüklənmələr vericisi və startlardakı reaksiya vaxtı da əks olunacaqdır. 

Bu sistem vasitəsi ilə mühərrikin dayandıqdan sonra əlavə soyudulmasını idarə etmək və launç-kontrolu tənzimləmək mümkün olacaqdır. Əlavə olaraq, sürücü mühərrikin gücünü məhdudlaşdıra, asmanın sərtliyini dəyişə və trekşn-kontrolu tənzimləyə bilər.

Çarxda göstərilən səhifələrin birində güc qarfikini də müşahidə etmək olar ki, qrafikə əsasən mühərrikin gücü 700 at qüvvəsindən artıq olduğu görünür. Dodge şirkəti avtomobilin texniki göstəricilərini açıqlamağa hələ də tələsmir. Qeyri-rəsmi məlumata görə, «Demonun» gücü 900 at qüvvəsi səviyyəsində olmalıdır.