Dodge şirkəti dünyanın ən güclü krossoverini - Durango SRT Hellcat ofrouderini yenidən model xəttinə qaytarıb. “Bərkgedən” krossover məhdud müddət ərzində buraxılacaqdır.

The Cat Is Back (“Pişik qayıtdı”) - Dodge bu şüardan infernal Durango SRT Hellcat krossoverinin model cərgəsinə  qayıtdığını bildirmək üçün istifadə edib. Dünyanın ən güclü krossoveri yalnız 2023-cü model ilinin bir hissəsi kimi istehsal olunacaqdır.

“Cəhənnəm pişiyinin” kapotunun altında əvvəlki kimi 6,2-litrlik V8 Hellcat mühərriki durur. Aqreqat 720 at qüvvəsi və 875 Nm fırlanma anı hasil edərək, krossoverə 60 mil/saat (97 km/saat) həddinə 3,5 saniyəyə sürətlənməyə imkan verir. Durango krossoverinin mühərriki səkkiz pilləli TorqueFlite 8HP95 “avtomatı” və tam ötürmə sistemi ilə birlikdə çalışır. Krossoverin yeddi hərəkət rejimi var: Auto, Sport, Track, Snow, Tow, Eco və Valet.

Sifarişlərin qəbuluna sentyabr ayında başlanacaqdır, lakin “canlı” avtomobillər diler salonlarında yalnız gələn ilin əvvəlində peyda olacaqlar. 2023 Durango SRT Hellcat üçün qiymət hələ açıqlanmır. 2021-ci ildə belə bir krossoverin qiyməti təxminən 81 min dollar idi.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.