Hellouin bayramının bitməsindən bir həftə keçməsinə baxmayaraq ABŞ-da bir sıra mağazalar qarşıdan gələn Milad bayramını və “Qara cüməni" reklam etmyə başlayıblar. Lakin, bu mağazalar cəhdlərində tək deyildirlər. Dodge şirkəti də bu hərəkata qoşulan şirkətlərdən biridir. Bu dəfə amerikan istehsalçısı Santa Klaus üçün kirşə hazırlamaq qərarına gəlib.

Big Finish adlandırılmış tədbir çərçivəsində hazırlanan kirşə Dodge Challenger SRT Hellcat Redeye modelinin bazasında inşa edilibdir. Xatırladaq ki, bu kupe 797 at qüvvəsi və 957 Nm fırlanma anı hasil edən 6,2-litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilir.  Redeye 60 mil/saat (96 km/saat) həddinə 3,4 saniyəyə sürətlənir və 203 mil/saat (326 km/saat) maksimal sürətə malikdir.

Çarxda Santa rolunu peşəkar Bill Qoldberq oynayır. Köhnə kirşəsinə baxan Santa yeni kirşəyə ehtiyac olduğunu görür və elflərə yenisini hazırlamaq tapşırığını verir. Nəticəni aşağıdakı videoçarxda görmək olar.