Dodge şirkəti Challenger modelinin ekstremal variantı olan SRT Demon modelinin növbəti tizerini dərc edib. Bu tizerdə avtomobilin dünyada transbreyk qurğusu ilə təchiz edilmiş ilk seriya avtomobilinin olduğu bildirilir.

TransBrake qurğusundan adətən dreq avtomobillərində istifadə olunur. Bu qurğu mahiyyətcə lonç-kontrol və «iki pedaldan» startın (yeyin start üçün akselerator və əyləc pedalının müəyyən müddət basılı vəsiyyətdə saxlanılması) effektiv alternativi kimi xidmət edir. Transbreyk, birinci və arxa ötürməni eyni vaxtda qoşaraq ötürmələr qutusunun çıxış valını qapatmağa imkan verir. Rejimin aktiv edilməsi və sürətlənmənin başlanması üçün, ötürmələri dəyişən  sükanaltı dəstəklərdən istifadə etmək gərəkdir. Şirkətin məlumatına görə, belə startlardakı reaksiya vaxtı əyləcdən istifadə zamanı olduğundan 30 faiz daha azdır. Sürücü mühərrikin dövrlərini 2350 dövr/dəqiqəyə kimi açır, transbreyki aktivləşdirən düymə buraxılandan sonra isə avtomobil 150 millisaniyə ərzində yerindən götürülür.

Bundan əvvəl Demon kupesinin yarış rejimində yerindən yeyin start alması üçün xüsusi rejimi əldə edəcəyi məlum olmuşdu. Rejim kompressorun təzyiqi yönləndirən klapanını bağlayaraq alışma anını dəyişir və yanacaq sisteminin işini yenidən tənzimləyir.