Bir müddət bundan əvvəl Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın yeni limuzinin sınaqlarının başa çatdığı barədə məlumat vermişdirk. Bu günlərdə The Beast (“Vəhşi”) adlandırılmış xüsusi limuzin Manhettenin mərkəzi helicopter stansiyasında görünüb.

Yeni xidməti avtomobilin hazır olduğu və ABŞ-ın Gizli xidmətinə təhvil verilməsi barədə hələ aprel ayında məlumat verilmişdir. Cadillac şirkətinin keçmiş başçısı Yohan de Nayssen Fox News agentliyinə müsahibəsində istehsalçının öhdəliklərini tamamilə yerinə yetirdiyini və avtomobilin müştəriyə təhvil verildiyini bildirmişdir. “Vəhşinin” istismara verilməsi bu ilin avqustuna planlaşdırılırdı. Lakin, deyəsən ABŞ prezidenti gözləmək istəməyib və Nyu-Yorka səyahəti zamanı yeni limuzindən istifadə edib.

The Beast ağır pikapın platformasında inşa edilibdir. Avtomobilin sərnişinləri onları yanğından, kimyəvi və baktereoloji silahdan müdafiə edən sistem ilə təchiz edilmiş zirehli kapsulının işərisində əyləşirlər.

Bundan başqa, “Vəhşi” gecə görüntü sistemi, xüsusi asqı, kevlarla gücləndirilmiş şinlər, tüstü topları və elektrik cərəyanını qapı dəstəklərindən ötürən sistem ilə təchiz edilib.