Yoop Donkervoort tərəfindən təsis edilən Hollandiyanın Donkervoort şirkəti klassik Lotus Seven modelinin əsasında yaradılmış yüngül və güclü idman avtomobilləri ilə məşhurlaşıb. 2022-ci ildə şirkət beşinci nəsil çoxməqsədli Lockheed Martin F-22 Raptor qırıcısının adını daşıyan yeni F22 modelini təqdim edəcəkdir. Gələcək Donkervoort F22 superkarı D8 və onun son flaqman modifikasiyası olan GTO modelinin istehsalına son verildikdən sonra boş qalmış yeri dolduracaqdır.

Nəşr olunmuş tizerlərdən göründüyü kimi, superkar qanadlar bərkidilmiş “açıq” firma təkərlərini qoruyub saxlanılacaq, lakin futuristik üslubda dizayna malik olan kuzovu alacaqdır. F22 modelinin çıxarıla bilən sərt dam ilə təchiz ediləcəyi gözlənilir. Xatırladaq ki, brendin bütün əvvəlki avtomobillərində yumşaq tavan quraşdırılırdı.

Image alt Image alt Image alt Image alt

Avtomobilin interyeri də daha dəbdəbəli və rahat olmalıdır. Kuzovun artırılmış sərtliyinə baxmayaraq, yeni modelin "dünyanın ən yüngül yol superkarı" olacağı bildirilir - onun çəkisinin 800 kiloqramdan "xeyli dərəcədə az" olmalıdır. Bundan başqa, avtomobil 2,5-litrlik beşsilindrli Audi turbomühərriki və pillələri dəyişən zaman mühərrikin dövrələrini sinxronlaşdırma funksiyasına malik olan yeni mexaniki ötürmələr qutusu ilə təchiz ediləcəkdir.

Donkervoort F22 modelinin təqdimatı dekabrın 10-da brendin Hollandiyanın Lelystad şəhərindəki mənzil-qərargahında baş tutmalıdır. Sportkarın texniki hissəsi, tirajı və qiyməti barədə məlumat təqdimat zamanı veriləcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.