Avtomobil idmanı həvəskarlarının diqqətinin İspaniyanın Barselonadakı trekində keçirilən Formula 1 testlərinə yönəldiyi bir anda, bu ölkənin digər bir güşəsində maraq və həyəcanına görə heç də F1-dən geri qalmayan DTM (Deutsche Touringwagen Masters) çempionatının hazırlıq testləri başlamışdır. Audi, BMW və Mercedes-Benz komandalıarının qatıldıqları testlər Monteblanko şəhərinin yaxınlaığındakı yarış trekində təşkil edilmişdir. Xatırladaq ki, mövsümün ilk tam həcmli testləri aprel ayının 7-8 tarixlərində Hokkenhaym trekində baş tutmalıdır.

Hələlik komandalar yeni mövsümdə çıxış edəcək yariş avtomobillərinin hazırlıq səviyyəsini yoxlamaq niyyətindədirlər. Üç günlük testlərin ilk günündə Audi komandasını Mattias Ekstem və Ceymi Qrin, BMW komandasını - Marko Vittmann və Bruno Spenqler, Mercedes-Benz komandasını isə Robert Uikkens və Kristian Fitoris təmsil etmişlər.

Hazırlıq testlərinin ilk günün ən sürətli pilotu Audi komandasının təcrübəli idmançısı Mattias Ekstem olmuşdur. 179 dövrə vurmuş isveçli pilotun göstərdiyi ən yaxşı vaxt 1 dəqiqə 21,614 saniyə olmuşdur. Günün test protokolunun ikinci sətrini yeni Mercedes-AMG C63 DTM avtomobilinin pilotu Robert Uikkens zəbt etmişdir. Mercedes-Benz komandasının kanadalı gənc pilotu 118 dövrə vuraraq 1 dəqiqə 21,653 saniyə vaxtla BMW komandasının pilotu Bruno Spenqleri üstələmişdir.

Üçüncü sətrin sahibi olmuş Bruno Spenqler BMW M4 DTM avtomobili ilə125 dövrə vurmağa müəssər olmuşdur. Kanadalı pilotun göstərdiyi vaxt 1 dəqiqə 22,000 saniyə təşkil etmişdir. Günün protokolunda dördüncü yeri britaniyalı Ceymi Qrin (Audi RS5 DTM), beşinci yeri - Marko Vittmann (BMW M4 DTM), sonuncu yeri isə Kristian Fitoris (Mercedes-AMG C63 DTM) tutmuşdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt