Artıq bildirdiyimiz kimi, uzun sürən qış tətillərindən sonra DTM çempionatında iştirak edən üç alman şirkəti - Audi, BMW və Mercedes-Benz - mövsüm öncəki testlərə İspaniyanın cənubi-qərbində yerləşən Circuito Monteblanco yarış trekində başlamışdırlar. İlk iki gündə komandalar, qəbul edilmiş iş planına əsasən, yeni mövsümdə çıxış edəcək texnikanın hazırlığını yoxlamışdırlar. Əvvələr də xəbər verdiyimiz kimi, üç günlük testlərin ilk iki günündə İnqolştat konsernini təmsil edən isveçlı pilot Mattias Ekstrem testlərin cədvəlinə başçılıq etmişdir.

İlk iki gün ərzində pilotlar texnikanın davamlılığını yoxlamaq üçün uzun məsafələrdə sınaqlar aparmışdırlar. Bu testlər zamanı ən çox problemlərlə üzləşən komanda Ştutqart təmsilçisi Mercedes-Benz şirkətinin komandası olmuşdur.

İkinci gün testlərə qoşulmuş Mercedes-AMG C63 DTM avtomobilinin pilotu britaniyalı Gəri Paffett texniki problemlərlə üzləşmişdir. Britaliyalı pilot üçüncü və testlərin sonuncu günündə daha məhsuldar işləməyi planlaşdırsa da, texniki problemlər ondan yan keçməmişdir.

Nəticədə, səhər problemlər yaşayan Paffett günortadan sonra 41 dövrə vuraraq 1:22,415 dəqiqə vaxta günü sonuncu yerdə tamamlamağa məcbur olmuşdur.

Testlərin son və üçüncü günü Münhen təmsilçisinin komandasında dəyişiklik baş vermişdir - iki gün testlərdə işləmiş Marko Vittmannı və Bruno Spenqleri Timo Qlok və Auqusto Farfus əvəz etmişdir. Günün ən yaxşı nəticəsini  BMW komandasının alman pilotu Timo Qlok göstərmişdir - 1:21,311 dəqiqə. Bu nəticəni əldə etmək üçün keçmiş F1 pilotu 137 dövrə vurmalı olmuşdur. Ümumilikdə, Qlokun göstərdiyi nəticə üç günlük testlər zamanı qeydə alımış ən yaxşı nəticə olmuşdur. Üçüncü günün protokolunun ikinci sətrində ilk iki günün qalibi Mattias Ekstrem yer almışdır.

Audi komandasının isveçli pilotu 114 dövrə vuraraq 1:21,929 dəqiqə nəticə ilə günü tamamlamışdır. Üçüncü sətri isə 1:21,932 dəqiqə ilə Mercedes-Benz komandasının şotland pilotu Pol di Resta (104 dövrə) zəbt etmişdir.

Testlərin son günü 3357 metrlik trekdə ən uzun məsafəni qət edən BMW komandasının braziliyalı pilotu Auqusto Farfus olmuşdur.  Bunula belə, Farfus ancaq Paffetti üstələyə bilmişdir. Braziliyalı sonda öz hesabına beşinci nəticəni yaza bilmişdir. Sonuncu günün dördüncü nəticəsini isə Audi pilotu Ceymi Qrin əldə etmişdir.

Üç günlük testlərin nəticələrinin təhlili komandaların bir-birinə çox yaxın olduğunu göstərmişdir. Mercedes-Benz komandasının mövsümə tam yeni avtomobillə başladığını nəzərə alsaq, Ştutqart komandasının Bavariyadan olan rəqiblərindən bir qədər geri qalması anlaşılandır.

Yeni texnika problemlər yaratmaqda davam edir ki, bu da təbii haldır. Bunlara baxmayaraq, Mercedes-Benz komandasını hesablardan silmək çox tezdir.

Ştutqartlı mütəxəsssilər yaranmış texniki problemlərin öhdəsindən gəlmək iqtidarlndadırlar ki, bunun da keçən mövsümdə şahidi olmuşuq.

Komandalar arasında real vəziyyəti öyrənmək üçün aprel ayının 5 - 8 tarixlərində Hokkenhaymda İTR (Internationale Tourenwagen Rennen - Beynəlxalq Turinq Yarışlar birliyi) tərəfindən keçiriləcək geniş həcmli  testlərin nəticələrini  gözləmək gərəkdir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt