Keçən həftə DTM çempionatında iştirak edən komandalar Lausitzring avtodromunda mövsümöncəsi final testlərini keçiriblər. Testlərdə çempionatda çıxış edən hər üç markanın – Aston Martin, Audi və BMW komandalarının pilotları iştirak ediblər. Çempionatın ilk yarışı 4 may tarixində Hokkenhaymrinqdə keçiriləcəkdir. Ənənəvi olaraq, çempionatın ilk və final yarışı məhz Hokkenhaymda keçirilir.

On səkkiz pilotun iştirak etdiyi testlərdə dörd gün ərzində 3921 dövrə vurulub. Testlərdə ən yeyin zamanı Audi komandasının pilotu Robin Freyns cərşənbə günü qeydə alıb – 1,35.169. Audi təmsilçiləri olan Abt Sportsline, Rosberg və Phoenix komandaları iki avtomobil, özəl komanda olan  WRT isə bir avtomobillə iştirak edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW komandasının pilotlarının bu testlərdə göstərdikləri ən yeyin zamanı Coel Eriksson qeydə alıb. Bu nəticə Erikssona altıncı yerdə qərarlaşmağa imkan verib. İki Aston Martin Vantage avtomobili və dörd pilotu ilə testlərdə iştirak etmiş R-Motorsport komandasında ən yeyin pilot Ceyk Dennis olub. O, 1,36.455 zamanla doqquzuncu olub.

Qeyd etmək gərəkdir ki, Freynsin göstərdiyi zaman keçən ilki zamandan iki saniyə yeyindir. Bu isə, hazırki dördsilindrli turbomühərriklərin keçən il istifadə edilən atmosfer tipli V8 mühərriklərindən daha güclü olduğunu göstərir. İlkin məlumata görə, yeni mühərriklər əvvəlkindən 100 at qüvvəsi daha güclüdürlər, üstəlik yeni avtomobilləri 45 kiloqram yüngül olduğunu nəzərə alsaq, bu fərq anlaşılandır.