DTM çempionatının rəhbərliyi yarışların maraqlı keçməsi üçün yeni mütərəqqi ideyalardan istifadə etmək əzmindədir. Buna misal olaraq, gələcəkdə yarışların yaş zəmində keçirilməsi ideyasını göstərmək olar. Bu ideyanın yaranması səbəb, keçən il Mizanoda keçirilmiş həyəcanla dolu yarış olub.

Bu ideyanı həyata keçirmək üçün xüsusi irriqasiya sisteminə ehtiyac vardır. 2019-cu ildə bu sistemi təqdim edəcək şirkətin adı bu yaxınlarda ITR tərəfindən elan edilməlidir. İrriqasiya sistemini hazırlayacaq şirkətin qarşısında duran əsas  problem trek boyu sabit su örtüyünün təmin edilməsidir.  Bu yenilik sayəsində çempionatın tamaşaçıları həyəcan dolu yarışlara şahid ola bilərlər.

Lakin, DTM azarkeşləri narahat olmaya bilərlər - ITR qızmar günəş altında 18 yarış keçirmək niyyətindədir. Yeganə istisna beton zəminə malik olan treklər ola bilərlər. İstənilən halda DTM çempionatının ilk "yaş" yarşını qaçırmayın!