Mercedes komandasının pilotu Maro Engel bu günlərdə nigaha daxil olub. Alman pilotun nigah mərsimində toy avtomobili olaraq Mercedes-AMG C 63 DTM yarış avtomobilindən istifadə edilib. Tədbirdən çəkilən videoçarx komandanın YouTube kanalında dərc edilib.

Maro Engel və onun həyat yoldaşı Steffinin toyuna Maronun DTM-də çıxış etdiyi avtomobil deyil, onun komanda yoldaşları Lukas Auer və Edoardo Mortaranın çəhrayı bolidi gətirilib. Maro toya yarış avtomobilinin gətirilməsi ideyasının komandaya məxsus olduğunu bildirib. Yarış avtomobilində bəy və gəlinin səyahəti yarım saat çəkib. Mövsümün bitməsinə iki mərhələ qalmış Engel pilotlar çempionatında 14-cü yeri tutur. Onun hesabında 51 xal vardır.

Alman pilot ən yaxşı nəticəsi Moskvadakı ikinci yarışda əldə etdiyi qələbədir.

Image alt Image alt Image alt Image alt