DTM çempionatının daha bir maraqlı mövsümü geridə qaldı. Hokkenhaymda keçirilən son 18-ci yarışın qalibi BMW komandasının alman pilotu Marko Vittmann olub. Bu mövsümdə debüt edən Rene Rast isə sonuncu yarışı ikinci bitirərək dünya çempionu titulunu əldə edib.

24 il bundan əvvəl Nikola Larini DTM çempionatında ilk mövsümündə qalib gələn son debütant olub. Ümumiyyətlə, bu mövsümün sonuncu yarışında podium tamamilə alman pilotlardan ibarət olub: Marko Vittmann və Rene Rasta  Mayk Rokenfeller yoldaşlıq edib. Sıralamadan sonra Rene Rastın çempionluq titulunu əldə etmək şanslarının yüksək olduğunu söyləmək gərəkdir. Titula əsas namizədlərdən olan Mattias Ekstrem və Ceymi Qrin, dünənəki yarışda rəqiblərini trekdən sıxışdırıb çıxartdıqlarına görə xəbərdarlıq almışdılar.

Bu xəbərdarlıqlar Mattiasın ikinci, Ceyminin isə üçüncü xəbərdarlığı idi. Müvafiq olaraq, isveş pilot 5 yer, britaniyalı isə 10 yer itirmişdi.  Yarışın başlanğıcında mövqe itkisinə məruz qalan Rene Rast sonradan özünü ələ alaraq itirilmiş mövqeləri geri qaytarmağa başladı. Yarışı pouldan başlayan Tom Blomkvist isə pit-stopa kimi peletona liderlik etdi. Rene isə, titula digər üç namizədlə birlikdə pit-stopu maksimum dərəcə gecikdirməyə üstünlük vermişdi. Gec pit-stop sayəsində Rast Blomkvisti qabaqlasa da, Marko Vittmannın qarşısını ala bilmədi. 

Rene Rast, yeni dünya çempionu

Qrin, Ekstrem və Rokenfeller də gec pit-stoplardan qazanc əldə edə bilmədilər. İsveç pilot pit-stopdan 16-cı olaraq çıxdı. Bu Ekstremin çempionluq xəyallarının alt-üst olması demək idi. Artıq titulun taleyi Rastın səhvindən və avtomobilinin texniki vəziyyətindən asılı idi.

Reneye ikinci olaraq yarışı bitirmək kifayət edirdi. Lakin, Ekstrem altıncı yerdən aşağıda finiş görməli idi. Eki səkkizinci mövqeyə qədər yüksəlsə də, sonradan Auerin hücumlarındanı müdafiə olunmağa məcbur qaldı.  Rast isə pilotajda heç bir səhv buraxmadan Vittmannın ardınca ikinci yerdə yarışı bitirərək ilk mövsümündə çempionluq titulunu əldə etdi.

Keçmiş və yeni çempionla birlikdə podiuma qalxan eks-çempion Mayk Rokenfeller oldu. Rokki pit-stoplardan sonra əla pilotaj nümayiş etdirərək üçüncü pilləyə qədər yüksəlməyi bacarmışdı.  

Son yarışdan sonra pilotlar çempionatında unikal vəziyyət yaranıb: Rene Rast ikinci yer tutan Mattias Esktremi 3 xal üstələyib, Mattias isə öz növbəsində üçüncü yerin sahibi Ceymi Qrini eyni xal fərqi ilə qabaqlayıb. 

Dünən Audi komandası markalar və komandalar çempionatında qələbəni qeyd etmişdi. Bu gün isə İnqolştat istehsalçısı daha bir uğura imza atıb - pilotlar birinciliyində ilk dörd yeri Audi pilotları tutublar. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt