DTM çempionatının təşkilatçıları 2018-ci ilin mövsümünün ilkin təqvimini dərc ediblər.

Yeni mövsümün təqvimindəki mərhələlərin sayı doqquzdan ona artırılıb. Rusiyadakı yarış təqvimdən çıxarılaraq Britaniya ilə əvəz edilib. Sonuncu dəfə DTM avtomobilləri dörd il bundan öncə Böyük Britaniyada yarışmışdılar. 21-22 aprel tarixində mövsümü açacaq yarışın hansı avtodromda keçiriləcəyi məlum deyildir. Çox güman ki, bu ya Brends Hetç və yaxud Doninqton-Park olacaqdır. Bundan başqa, İtaliya da yeddi illik fasilədən sonra DTM çempionatının mərhələsinə ev sahibliyi edəcəkdir. 11-12 avqust tarixlərində Mizano trekində mövsümün yeddinci yarışı keçiriləcəkdir.

Maraqlısı odur ki, Lauzitsrinqin bağlanması haqqında məlumatın verilməsinə baxmayaraq avtodrom təqvimə salınıbdır.