DTM çempionatının veteranlarından olan Mattias Ekstrem 17 mövsümdən sonra öz karyerasını başa vurduğunu bəyan edib.

39 yaşlı isveç pilot keçən ilin sonundakı məğlubiyyətdən sonra, diqqərini ralli-kross çempionatında cəmləməyə üstünlük verib. Xatırladaq ki, keçən mövsümün final mərhələsində isveç üçüncü titul qazanmaq şansını əldən vermişdir. Nəticədə çempionatın debütantı Rene Rast titulu qazanmışdır.

«Sözsüz ki, Hokkenhaymdakı mərhələdən sonra qarışıq hisslər keçiridim. Buna baxmayaraq, bu il yenidən mübarizə aparmaq barədə düşünürdüm, - Mattias «TouringCarTimes» nəşrinə söyləyib. - Lakin, həftələr, aylar keçdi və 20 illik uğurlu karyeradan sonra bunun mənə lazım olub-olmadığı barədə tez-tez düşünməyə başladım.

Ailəm, dostlarım və Audi komandasının rəhbərliyi ilə müzakirədən sonra DTM-dən getmək vaxtının çatdığını anladım. Bu çox çətin qərar idi, çünki mən DTM-i çox sevirəm, lakin fikirləşirəm ki, insanlar məni anlayacaqdırlar. Artıq tamamilə Audi komandasının iştirakını genişləndirdiyi WRX seriyasındakı proqram üzərində diqqətimi cəmləyəcəyəm».

Ekstrem 2001-ci ildə DTM-də debüt edib və 17 il ərzində Audi  markasının rənglərini müdafiə edib. 215 yarışda iştirak etmiş isveç pilot 20 dəfə pouldan start alıb, 25 qələbə qazanıb, 83 dəfə podiuma qalxıb və iki dəfə - 2004 və 2007-ci illərdə çempion titulunu qazanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt