Mattias Ekstremin DTM-dən getməsini elan etdikdən sonra Audi komandası 2018-ci il mövsümü üçün pilot tərkibini açıqlayıb.

İnqolştadtdan olan şirkətin rənglərini yeni mövsümdə Rene Rast, Niko Müller, Ceymi Qrin, Loik Dyüval və Mayk Rokenfeller müdafiə edəcəkdirlər.  Bu komanda yeganə debütant, Mattias Ekstremi əvəz edəcək Robin Freyns olacaqdır. O, keçən il Audi R8 yarış avtomobilində Blancpain GT çempionatında titulu qazanıb. «Biz Robindən çox şey gözləyirik, - Audi şirkətinin avtoidman bölümünün rəhbəri Diter Qass bildirib. - Uzun illər ərzində o bizim avtoidman proqrammının bir hissəsi olub və böyük nailiyyətlər əldə edib. Renenin (Rast, 2017-ci ilin çempionu) misalında biz debütantın nələrə qadir olduğunu gördük.

Mən yeni mövsümün baçlmasını böyük həyəcanla gözləyirəm»