Bu həftəsonu DTM çempionatı uzun fasilədən sonra Böyük Britaniyadakı Brands Hatch avtodromuna qayıdıb. Şənbə avtodromda keçirilən ilk sıralama mərhələsinin qalibi Mercedes komandasının ispan pilotu Daniel Hunkadella olub.

İspan pilot Brınds Həçdəki dövrəni 1.18,069 zamanla başa vuraraq, bu avtodromda keçiriləcək ilk yarışı pouldan başlamaq hüququnu əldə edib.  Hunkandellanın komanda yoldaşı Lukas Auer cüzi fərqlə (0,092 saniyə) ondan geri qalıb və bu günki yarışı ikinci yerdən başlayacaqdır. Qüvvədə olan dünya çempionu Rene Rast (Audi) bu günki yarışı üçüncü olaraq başlayacaqdır.

Onunla birlikdə, ikinci sıradan, BMW komandasının gənc pilotu Filipp Eng start alacaqdır.  Növbəti sıradan yarışı başlayacaq pilotlar isə Auqusto Farfus (BMW) və Gəri Paffettdir (Mercedes-Benz). İlk onluğu Timo Qlok (BMW), Edoardo Mortara (Mercedes-Benz), Marko Vittmann (BMW) və Paskal Verlyayn (Mercedes-Benz) tamamlayır.