Uzunmüddətli fasilədən sonra DTM çempionatının yeni mövsümü start götürüb. Alman turinq çempionatının ilk mərhələsi Belçikanın Spa-Frankorşamps trekində baş tutub. DTM həvəskaralarına məlum olduğu kimi, Aston Martin komandasının çempionatı tərk etməsindən sonra, yeni mövsümdə mübarizə Audi və BMW markaları arasında gedəcəkdir.

Yeni mövsümün ilk təsnifat mərhələsi, bu həftəsonu üstünlüyün Audi komandasında olduğunu göstərdi. İnqolştadt istehsalçının pilotları Robin Frayns və Niko Müller debüt yarışını ilk cərgədən başlamaq hüququnu əldə etmişdilər.

Robin Frayns yaxşı start alaraq liderliyini qirumağı bacardı. Lakin, altıncı dövrədə hollandiyalı pilot Le Combe döngəsində Niko Müller tərəfindən keçildi. Bundan sonra, keçən mövsümün vitse-çempionu təşəbbüsü əldən verməyərək, ən yaxın təqibçisindən 20 saniyə üstünlüklə finiş xəttini keçən ilk pilot oldu. Bu Müllerin karyerasındakı beşinci qələbəsidir.

Birinci yerin taleyi erkən məlum olsa da, podiumun ikinci və üçüncü pilləsi uğrunda gərgin mübarizə gedirdi. Yarışın son dövrələrinə kimi davam mübarizədə də Audi komandasının pilotları iştirak edirdilər. Yarışın ortasında keçirilən məcburi pit-stoplardan sonra, podium uğrunda mübarizə Rene Rast, Robin Frayns və Mayk Rokenfeller arasında  gedirdi. İkinci yer uğrunda mübarizə bu pilotların təkərlərinin güclü aşınmasına gətirib çıxardı.

Rast ikinci pit-stopa yollanaraq ciddi şəkildə zədələnmiş ön şinləri dəyişdirsə də, Frayns və Rokenfeller bu təkərlərlə sona qədər davam etmək qərarına gəldirlər. Lakin, hər üç pilot podium şansından məhrum olduldar.

Yeni şinlər taxmış Rast onuncu yerə qədər geriləsə də, sonunda finiş xəttini beşinci keçməyə müvəffəq oldu. Rokenfeller və Frayns rəqibləri tərəfindən keçilərək ilk üçlükdən kənarda qaldılar. Rokenfeller dördüncü yerdə finiş görsə də, Frayns doqquzunculuq ilə kifayətlənməli oldu.

Loik Dyuval və Ceymi Qrin isə, şinlərini qoruyaraq yarışın sonunda üstünlük əldə etmiş oldular. Rokenfeller və Fraynsi ötdükdən sonra, bu iki ikinci yer uğrunda öz aralarında mübarizəyə başlayıblar və bu mübarizədən qalib çıxan Ceymi Qrin olub.

BMW komandasının pilotlarından ilk onluğa düşməyi bacaranlar Filipp Enq, Lukas Auer, Timo Qlok və Conatan Aberdin olub. Enq yarışın qalibindən 36 saniyə sonra finiş xəttini keçib. DTM şempionatının debütantı Robert Kubisa (BMW) Spadakı yarışı 14-cü başlayaraq və ilə eyni mövqedə də bitirib. O, yalnız yarışın əvvəlində texniki problemlər üzündən üç dövrə itirən Şeldon van der Lindeni üstələməyə müvəffəq olub.  Qeyd etmək gərəkdir ki, debütantların arasında məşhur konstruktor Ədriən Nyuinin oğlu Harrison da vardır. O, WRT Audi Sport Team komandasında çıxış edir.