Bu gün Milanda işinə başlayan EICMA 2016 motosərgisində Ducati şirkəti Ducati Projetto 1408 layihəsindən olan hiperbaykı təqdim etmişdir. Duacti Panigale 1299 Superleggera 2017 modelini dünya çempionu olan avstraliyalı yarışçı Keysi Stoner təqdim etmişdir.

Mütəxəssislərin fikrinə görə bu bayk güclü motosikllər bazarında əsil bomba effekti yaratmışdır. Kawasaki turbomühərrikli H2R modeli ilə əzələ nümayiş etdirdiyi bir vaxtda, onların World Superbike çempionatıdakı əsas rəqibi olan Ducati, MotoGP aləmindən belə deyil,  indiyə qədər görünməmiş aləmdən olan bir baykı nümayiş etdirmişdir.  

Beləliklə, Projetto 1408 layihəsindən olan bayk L-Twin ailəsindən olan1285 kub.sm-lik Testastretta 11° mühərriki ilə hərəkətə gəlir. Bu mühərrik yüngülləşdirilmiş iki yağsiyirən halqaları olan 116 millimetrlik “yarış” porşenlər ilə təchiz edilmişdir.

Mühərrikin qıdalanma sistemi optimallaşdırılmış, drossel çəpərləri isə xüsusi aerodinamik formaya malikdirlər ki, bu çəpərlər də silindirə daxil olan qarışıq kütləsinin müqavimətini azaltmağa yönəldilmişdirlər. Bütün bunlar sayəsində Euro4 normlarına cavab verən mühərrik 215 at qüvvəsinə və 146,2 NM fırlanma anına malikdir.

Motosikl üç modifikasiyada istehsal olunacaqdır: ABŞ üçün nəzərdə tutulan baza variantı 165 kq, Avropa üçün olan variant - 167 kq, yarış modifikasiyası isə  162 kq çəkiyə malik olacaqdır. Motosiklin baza variantı 1299 Panigale modelinin baza variantında olduğu kimi mühərrikin altında yerləşdirilən katalizatorlu buraxılış sistemi ilə təchiz ediləcəkdir. Bundan əlavə, motosikl racing kit dəsti ilə təchiz ediləcəkdir.

Bu halda motosikldə titandan hazırlanmış idman boruları və sonluqları olan Acrapoviç buraxılış sistemi quraşdırılır. Bu dəstin quraşdırılması ilə mühərrikin gücü 220 at qüvvəsinə qədər artırıla bilər. Motosikl Panigale 1299 modelinin istehsalında nəzərdə tutulan prinsip üzrə yığılmışdır. Mühərrik şassinin əsas güc elemnti olaraq çıxış edir və çəngəl ilə tam karbondan olan monokok-element vasitəsi ilə birləşmişdir.Bundan başqa, ultrayüngül rama altı (900 qram) və arxa təkərin konsolu 7075 qarışığından olan alüminiumla möhkəmləndirilmiş karbondan hazırlanmışdır. 

Karbondan olan rama-monokok 2,6 kq çəkiyə malikdir ki, bu da alüminiumdan olan analoqundan 40% yüngüldür.

Motosiuklin disklərinin istehsalında karbondan istifadə elimişdir. Bununla belə, onların təkər topu frezerdən keçirilmiş alüminiumdan hazırlanmışdır.  Bu öndə 26%, arxada isə 58% çəkiyə qənaət etmək imkanı vermişdir.Bundan başqa istehsalçı litium-ion batareyasından istifadə edir ki, bu batareyanın çəkisi 200 qrama bərabərdir.

Yüngülləşdirilmiş çəkiyə və bərkitmə nöqtələri olan Ohlins FL939 çəngəli, həmçinin titan yayları olan Ohlins TTX36 arxa amortizatoru 1,2 kiloqram çəkiyə qənaət etməyə imkan vermişdir. Bura Brembo tərəfindən hazırlanmış xüsusi əyləc mexanizmlərini də əlavə etmək olar. Hiperbayk standart olaraq Ducati Traction Control Evo, Ducati Wheelie Control Evo, Anvansed Slide Control, Launch Control və Cornering ABS sistemləri ilə təchiz edilir.

Bütün sistemlər Bosch inersiya sisteminin ümumi çətiri altında birləşdirilmiş, nəzarət paneli isə fərdi GPS sistemli data-loggerlə təchiz edilmişdir. Motosikl eksklyuziv olduğu üçün 500 ədədlik məhdud tirajla istehsal ediləcək və 80 min avrodan başlayan qiymətlərlə satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt