İtalyan restoratoru və aşpazı Massimo Bottura, Maserati Levante krossoverinin xüsusi versiyasını yaratmağa kömək edib. Maserati Levante Trofeo Fuoriserie Edition for Massimo Bottura adlandırılan krossover, italyan markasının 2020-ci ilin payızında başlatdığı fərdiləşdirmə proqramının imkanlarını nümayiş etdirir. Layihə, 580 at qüvvəli səkkizsilindrli Ferrari mühərriki ilə təchiz olunmuş Levante Trofeo top versiyasına əsaslanır.

Bottura, parlaq Levante modelinin yolsuzluqda hərəkətdən ilham alınaraq yaradılmış qrafikasını mücərrəd rəsm əsəri ilə müqayisə edir. Botturanın bildirdiyinə görə, əvvəllər o, böyük qardaşı ilə bilrikdə tez-tez kənd yollarında avtomobillə hərəkət edirlərmiş. 

Hər gəzintidən sonra avtomobilin üzərində palçıq sıçrantıları və ya Botturanın dediyi kimi “yarış çapıqları” qalırmış. Əldə edilən təəssüratları daha uzun müddət saxlamaq üçün, qardaşlar avtomobili bir neçə gün yumurlarmış. Botturanın bildirdiyinə görə, həyat da müəyyən mənada belə səyahətlərə bənzəyir. O da “çapıqlar” buraxır və insanı yaşanmış təcrübəyə uyğun olaraq dəyişdirir.

Botturanın baxışına uyğun olaraq, Levante modelini tünd mavi Blu Stradale rənginə boyayıb, onun qanadları, bamperləri, kapotu və interyerində isə çoxrəngli sıçrantıları çəkiblər.

Texniki cəhətdən heç bir dəyişiklik yoxdur: Maserati Levante Trofeo krossoveri 580 at qüvvəsi və 730 Nm fırlanma hasil edən 3.8-litrlik V8 biturbo mühərriki və səkkiz pilləli ZF “avtomatı” ilə təchiz edilir. Avtomobil 100 km/saata sürətlənməyə 4,1 saniyə sərf edir. Onun maksimal sürəti 300 km/saatdır.

Məlum olduğu kimi, Maserati şirkəti müştərilərinə Fuoriserie adlandırdığı fərdiləşdirmə proqramını təklif edir. Bu proqram çərçivəsində müştərilərə avtomobilin eksteryer və interyerinin tərtibatını özlərinin tələb və istəklərinə uyğun olaraq fərdiləşdirmək təklif olunur. Proqram üç kolleksiyadan ibarətdir: Corse, Unica və Futura.

Image alt Image alt Image alt Image alt Image alt

Corse istiqaməti retro elementləri olan yarış estetikasını təklif edir. Futura istiqaməti çərçivəsində, müştərilər uyğun rəng birləşmələri sayəsində futuristik interyerlər yarada bilərlər. Unica istiqaməti isə, adından da göründüyü kimi unikal bir şey yaratmağa imkan verir: bu istiqamətdə heç bir məhdudiyyət yoxdur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.