Dyson şirkəti istehsal etməyi planlaşdırdığı elektromobillər xəttinin üç modeldən ibarət olacağını bəyan edib. Tozsoran istehsalçısı üçün bu modellərdən birincisi kiçik tirajla buraxılacaqdır. İlk model fırmaya yeni malgöndərənlə birgə işləməyi və avtomobil biznesində istiqamətlənməyi “öyrədəcəkdir”. Bu barədə xəbəri “The Financial Times” yayıb.

Əvvəllər Dyson elektromobillərinin, şirkətin özünün hazırlayacağı sərtgövdəli akkumulyatorlarla təchiz ediləcəyi söylənilirdi.

Lakin, birinci model üçün bu akkumulyatorlar təklif ediləməyəcəkdir. Keçən ilin sonunda belə növ batareyaların yaradılmasına rəhbərlik edən Enn-Mari Sestri şirkəti tərk edib. Sestrinin Dyson firmasına qoşulmasına səbəb, tozsoran istehsalçısı tərəfindən  onun məxsus olan və Sakti3 akkumulyatorlarını istehsal edən şirkətin satın alınması olmuşdur. Bu hadisələrin – Sestrinin şirkəti tərk etməsinin və batareyaların buraxılışı tarixinin dəyişdirilməsi, -  bağlı olduğu məlum deyildir. Buna baxmayaraq,

Dyson firması sərtgövdəli akkumulyatorların növbəti modellərin istehsalında istifadə etmək niyyətindədir.