1999-cu ilin vitse çempionu olan Eddi İrvayn Formula 1 yarışlarının Nürburqrinqə qayıtmasının vacib olduğunu bildirib. Bu barədə xəbəri "Autosport" nəşri yayıb.

İrvayn eyni zamanda, bu günki standart treki nəzərdə tutmadığını, əksinə yarışların əfsanəvi və qorxunc olan «Şimal ilgəyini» keçirilməsinin maraqlı olacağını bildirib. Xatırladaq ki, 1951-ci ildən 1976-cı ilə qədər 22 kilometrlik Nordşlyayfe treki 21 dəfə Almaniya Qran Prisini qəbul edib. Lakin, Niki Laudanın qəzasından sonra, təhlükəsizlik səbəbəindən pilotlar tərəfindən "Yaşıl cəhənnəm" adlandırılan trek yarış təqvimini tərk etməli olub.

«Gəlin Formula 1 yarışlarını Nordşlyayfeyə qaytaraq! Müasir treklərin əksəriyyəti çox cansıxıcıdır, - Motorsport-Total nəşrinə müsahibəsində Eddi İrvayn bildirib. - Nəyə görə belə əfsanəvi tarixi, belə çoxsaylı döngələri, enişli-yoxuşlu və uzun dövrəsi olan treki qaytarmayaq? Formula 1 heyranlıq aşılamalıdır, yarışa 20 milyon dollar verməyə hazır olduğuna görə Qazaxstana getməməlidir. Bu çıxış yolu deyildir».