Jaguar şirkəti XJ flaqman sedanının ən bərgedən variantını təqdim edib. XJR575 adını almış sedan yerindən 100 km/saat həddinə 4,4 saniyəyə sürətlənir ki, bu da 400 qüvvəli F-Type kupesində olduğundan 0,5 saniyə yeyindir.

Jaguar XJR575 sedanını beş litrlik ötürməli kompressoru olan V8 mühərriki ilə təchiz ediblər. Mühərrik 575 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir. Mühərrik səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə birgə çalışır. Bərkgedən sedanın maksimal sürəti 300 km/saat təşkil edir. Avtomobil arxa çəkişli variantda həm standart, həm də uzun bazalı versiyada təklif olunacaqdır.

Bərkgedən sedan adi modeldən kuzovun xüsusi göy və gümüşü rəngi, 20-düymlük təkər diskləri, tərkibinə arxa antiqanad, yeni ön bamper və kapotdakı əlavə hava girişləri daxil olan aerodinamik kuzov dəsti ilə seçiləcəkdir.

Payızdan satışları başlanacaq modelin qiyməti açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt