Eyni zamanda, təşkilat ən etibarsız avtomatik ötürmələr qutusu ilə təchiz edilmiş avtomobillərin də reytinqini açıqlayıb. Bu dəfə təşkilat reytinqi 2001-2015-ci illərdə buraxılmış işlənmiş avtomobillərin sahibləri arasında aparılmış sorğuya əsasən tərtib edib.

Consumer Reports icmalçıları qutularının bahalı təmirə ehtiyaçı olan 10 avtomobilin siyahısını tərtib ediblər. Ekspertlər avtomatik qutulara bütün növ transmissiyaları - klassik hidrotransformatorlu avtomatik qutuları, variator və robotlaşdırılmış qutuları aid ediblər.

Ən problemli qutular Nissan şirkətinin variatorları olub - siyahıda olan 10 avtomobildən altısı - 2012-2015-ci illərdə buraxılmış Sentra, Versa Note, Pathfinder, Maxima, Rogue və Infiniti QX60 belə qutu ilə təchiz edilmişdirlər. Reytinqə başçılığı Ford Focus modeli edib - modelin avtomatik ötürmələr qutusundakı problemlər 48 min kilometrdən sonra başlayıb. Siyahıda yuxarıda adı çəkilən modellər ilə yanaşı Chevrolet Equinox|GMC Terrain, GMC Acadia və Jeep Wrangler modelləri də yer alıblar.

Ayrıca Consumer Reports analitiklərinə 2001-ci ilin Honda Odyssey, 2003-cü ilin Acura TL, 2002-ci ilin Acura MDX, 2005-ci ilin Chrysler PT Cruiser, 2002-ci ilin Ford Escape/Mazda Tribute və 2004-cü ilin Ford Focus modellərində transmissiya problemləri ilə bağlı şikayətlər də daxil olub. Lakin bu avtomobillər reytinqə daxil edilməyib.

Consumer Reports mühəndisləri hesab edirlər ki, avtomatik qutular ilə təchiz edilmiş müasir avtomobillərin əksəriyyəti, vaxtında texniki xidmət göstərilmək şərtilə, ciddi problem olmadan 200 min mil (322 min kilometr) qət edə bilərlər.