Kia Sportage modelinin qlobal modifikasiya çeşidinin formalaşdırılması başa çatıb: ABŞ-da krossoverin uzunbazalı plagin hibrid (PHEV) versiyası debüt edib. Belə modifikasiya Avropada satılan qısabazalı krossover üçün bəyan edilsə də, hər iki qoşulan hibrid satışa hər iki qitədə eyni zamanda çıxmalıdır. Satışların başlanması yayın sonuna planlaşdırılıb. Üstəlik, plagin hibrid modifikasiya çeşidindəki ən güclü krossover olacaqdır.

Kia Sportage PHEV modeli 180 at qüvvəli 1,6-litrlik T-GDI turbomühərriki və 6-pilləli “avtomata” quraşdırılmış 91 at qüvvəli elektromotora malikdir. Hibrid sistemin hasilatı 265 at qüvvəsidir. Sportage PHEV arxa oxda qoşulma muftası olan tam ötürməyə malikdir. Sırf elektrik rejimində krossover tamötürməli ola bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tutumu 13,8 kilovat-saat olan litium-polimer batareyası salonun döşəməsinin altında yerləşir. Kia Sportage sırf elektrik ötürməsi ilə 52 kilometr (EPA dövrünə əsasən) məsafə qət edə bilər. Gücü 7,2 kilovat olan yükləmə qurğusundan batareyanı iki saata yenidən doldurmaq olar. Üstəlik, yükləmə portunun sağ tərəfdəki qapağı plagin hibridi adi krossoverdən fərqləndirən yeganə cəhətidir.

Plagin hibridin dinamik xarakteristikaları və qiyməti hələlik açıqlanmayıb. Gömrük qanunvericiliyə edilmiş dəyişikliklər belə krossoverin Azərbaycan bazarına yolunu açmalıdır. İstənilən halda, qərarı Kia markasının yerli nümayəndəsi qəbul edəcəkdir. Öz tərəfimizdən qeyd etmək istərdik ki, belə krossoverin qiyməti adi Sportage modelindən nəzərəçarpacaq dərəcədə fərqlənəcəkdir, amma ekolojiya və gələcək nəsil bizdən bu qurbanı tələb edir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.