Skoda Enyaq iV krossoverinə əsaslanan kross-kupe ilk dəfə payızın əvvəlində testlərdə görünüb. Ancaq o vaxtdan bəri, layihə növbəti inkişaf mərhələsinə keçib. Artıq casusların rastlaşdığı prototiplərdə kamuflyaj örtüyü ciddi şəkildə azaldılıb.

İstehsalçı elektrokarın ön hissəsini kamuflyaj örtüyündən azad etsə də, ən böyük sirri qorumağa qərar verib, çünki modelin eksteryerində baş verən əsas dəyişikliklər arxa hissədə olacaqdır. Bu dəyişikliklərin yalnız dam xəttinin aşağı salınması ilə nəticələnəcəyi və ya digər yeniliklərin olacağını zaman göstərəcəkdir.

Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən yeni kross-kupe premium Audi Q4 e-tron Sportback modelinin bənzəri olacaqdır. Daha praktik donorundan isə, kross-kupe 306 at qüvvəli ikimühərrikli eıektrik güc qurğusunu, habelə istilik nasosu kimi müxtəlif ağıllı həlləri alacaqdır.

Skoda model cərgəsində artıq iki kross-kupe mövcuddur: Kodiaq GT və Kamiq GT. Ancaq onlar yalnız Çində satılır, yeni krossoverin isə qlobal model olacağı məlumdur. Çox güman ki, yeni model dünya bazarında Enyaq GT adı ilə satılacaqdır.