29 мар 2018Sərgilər

Nyu-York 2018: Porsche 911 GT3 RS superkarı Weissach dəstinə sahib olub

Porsche şirkəti 911 GT3 RS superkarının çəkisini 40 kiloqram azaltmağa imkan verən opsional Weissach dəstini hazırlayıb. Yeni dəstin dünya premyerası Nyu-York avtosalonunda keçirilib. Dəstin qiyməti 18 min dollardır.

29 мар 2018Sərgilər

Nyu-York 2018: Mazda CX-3 yenilənib

Mazda şirkəti Nyu-York avtosalonunda yenilənmiş CX-3 yığcam krossoverini təqdim edib. Yığcam avtomobil dəyişdirilimiş xarici görkəmə, daha güclü mühərrikə və elektron dayanacaq əyləcinə sahib olubdur.

29 мар 2018Sərgilər

Nyu-York 2018: Genesis markası elektrik Essentia konseptini nümayiş etdirib

Hyundai şirkətinin premium subbrendi olan Genesis markası Nyu-York avtosalonuna Essentia adlı konseptual elektrik sedanını gətirib. Bu konseptin dizaynı üzərində həmyerlimiz Samir Sadıxov işləyib. Marka nümayəndələrinin bildirdiyinə görə, konsept Genesis modellərinin gələcək dizaynından xəbər verir. Elektromobilin seriya variantı 2022-ci ildə işıq üzü görəcəkdir.

29 мар 2018Sərgilər

Nyu-York 2018: Acura RDX krossoverinin yeni nəsli təqdim edildi

Acura şirkəti Nyu-Yorkda keçirilən avtosalonun çərçivəsində yeni nəsil RDX krossoverini təqdim edib. İstehsalçının bildirdiyinə görə, bu Acura RDX modelinin son 10 il ərzində başına gələn ən iri miqyaslı yenilənməsidir. Avtomobil üçün xüsusi platforma, yeni interyer və güc aqreqatları xətti yaradılıbdır.

29 мар 2018Sərgilər

Nyu-York 2018: Subaru beşinci nəsil Forester modelini təqdim edib

Subaru şirkəti dünən işinə başlamış Nyu-York avtosalonunda beşinci nəsil Forester krossoverini nümayiş etdirib. Yeni krossover yapon istehsalçısının SGP modul platformasında inşa edilibdir.

29 мар 2018Sərgilər

Nyu-York 2018: Genesis Nyu-Yorka G70 sedanını gətirib

Hyundai şirkətinə məxsus olan Genesis subbrendi Nyu-York avtosalonunda G70 sedanının Şimali Amerika üçün nəzərdə tutulmuş variantını nümayiş etdirib. Avtomobil Cənubi Koreyada satılan variantdan təchizatı ilə seçilir. Məsələn, arxa çəkişli sedanı opsional mexaniki ötürmələr qutusu ilə sifariş etmək mümkündür.

29 мар 2018Sərgilər

Nyu-York 2018: Hyundai Tucson krossoverini yeniləyib

Hyundai şirkəti dünən işinə başlamış Nyu-York avtosalonunda yenilənmiş Tucson krossoverini nümayiş etdirib. Avtomobilin eksteryeri və interyeri ciddi dəyişikliklərə məruz qalıbdır.

РАНЕЕ