Yığcam avtomobillər istehsalçısı olan Smart şirkəti öz model cərgəsində olan bütün avtomobillərin elektrik variantlarını təqdim etmişdir. Elektrokar cərgəsinin modelləri bu günlərdə işinə başlayacaq Paris avtosalonunda nümayiş etdiriləcəkdirlər.

İstehsalçının bildirdiyinə görə, Smart ForTwo modeli 160 kilometr məsafə qət etmək iqtidarındadır. Öz növbəsində, ForFour və ForTwo cabrio variantlarının yürüş məsafəsi 155 kilometrə bərabərdir. Elektrokarlar arxa oxu hərəkətə gətirən üç fazalı elektrik mühərrikləri ilə təchiz edilmişdirlər.

Mühərrikini gücü 81 at qüvvəsi, fırlanma anı isə 160 Nm təşkil edir. Smart ForTwo 100 km/saat həddinə 11,5 saniyəyə, ForTwo cabrio - 11,8 saniyəyə, For Four modeli isə 12,7 saniyəyə sürətlənir.

Avtomobillərin maksimal sürəti elektronika tərəfindən 130 km/saat həddində məhdudlaşdırılmışdır. Smart elektomobillərinin mühərrikləri tutumu 17,6 kVt/saat olan litium-ion batareyalarından qidalanırlar. Bundan əlavə elektrokarlar, batareyaları 2,5 saata tam doldurmağa imkan verən güclü qidalanma qurğusu ilə təchiz edilmişdirlər.

Opsional olaraq bu işə 45 dəqiqə sərf edən qurğu da təklif ediləcəkdir. bundan başqa Smart modellərini xüsusi ECO rejimi ilə təchiz etmişdirlər ki, bu rejim sayəsində enerjiyə maksimum dərəcədə qənat etmək olar. Əlavə olaraq, Smart avtomobillərini enerjinin rekuperasiyası sistemi ilə də təchiz etmişdirlər. Sistem yol şəraitindən asılı olaraq rekuperasiyanın səviyyəsini dəyişə bilər. Elektromobillərin təchizatına smartfona yazılmış mobil əlavə vasitəsilə avtomobilin bir sıra sistemlərini idarə etməyə imkan verən funksiya da daxil edilmişdir. Misal üçün, avtomobil qidalanmada olan zaman, sürücü çıxış vaxtını göstərərək havalandırma sisteminin temperaturunu təyin edə bilər.

Elektrik Smartlar üçün eksteryerin yaşıl elementlərlə bəzədilməsini nəzərdə tutan dizayn dəsti də nəzərdə tutulmuşdur. Əlbəttə ki, Brabus tərəfindən hazırlanmış dəsti də yaddan çıxartmaq olmaz. Elektromobillərin satışlarına gələn ilin aprel ayında başlanacaqdır. Almaniyada ən üçüz elektomobil 21940 avroya, ən bahalısı isə 25200 avroya satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt