Audi şirkətində ortamühərrikli R8 sportkarının yeni RWS modifikasiyasını markanın ilk arxadan çəkişli avtomobili adlandırıblar. Əlbəttə ki, bu 1965-ci ildən bəri buraxılan avtomobillərə şamil edilir. Avqust Horxun 1910-cu ildə patent aldığı ilk avtomobil də arxadan çəkişli idi. O zaman, öndən çəkişli Audi Front avtomobilinin meydana çıxmasına 23 il vaxt qalırdı.

İstənilən halda, arxadan çəkişli Audi R8 modelinin buraxılmasına çoxdan ehtiyac duyulurdu. Sirr deyil ki, modelin yarış variantları çoxdan arxa çəkişə “keçiblər” və bu belə variantın buraxılması üçün texniki səddlərin olmamasından xəbər verir.  Buna baxmayaraq, arxadan çəkişli Audi R8 RWS (Rear Wheel Series) kupe və spayderi 999 nüsxədən ibarət məhdud sayda tirajla buraxılacaqdır.  Xüsusi seriyadan olan sportkarlar 540 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən V10 5.2 FSI mühərriki ilə təchiz ediləcəkdir.

Güc aqreqatı yeddi pilləli S Tronic robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Ön ötürmədən məhrum edilmiş kupe 50 kiloqram, spayder isə 40 kiloqram yüngülləşib. 

Müvafiq olartaq, kupe - 1590, spayder isə 1680 kiloqramdır. Çəkinin 60% arxa oxa düşür.  Avtomobilin şassisi və yalnız sürüşmə bucağının kritik vəziyyətində işə düşən liberal stabilizasiya sistemi drift etmək üçün xüsusi olaraq tənzimlənibdir.

Arxadan çəkişli Audi R8 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir. Spayder kuzovlu sportkar bu işə 0,1 saniyə çox sərf edir. Tam çəkişli variantlarda bu rəqəmlər, müvafiq olaraq  3,5 və 3,6 saniyədir.

RWS variantının seçilən elementləri - radiator barmaqlığının və hava girişlərinin tutqun rəngi, həmçinin kuzovda olan rəngli xəttlərdir. Salonda isə, oturacaqların dəri və alkantara ilə olan xüsusi tərtibatı nəzərə çarpır.

Məhdud sayda tirajla buraxılmasına baxmayaraq arxadan çəkişli sportkartlar ən əlçatan qiymətə malikdirlər. Kupe üçün 140 min, spayder üçün isə 153 min avro tələb olunur. Avropada Audi R8 RWS modellərinə sifarişlər artıq qəbul olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt