BMW şirkəti Frankfurt avtosalonunda, i Vision Dynamics adını almış elektromobilin prototipini nümayiş etdirib. Dolu batareyalarla elektrokar 600 kilometr qət etmək iqtidarındadır.

BMW i Vision Dynamics prototipinin güc qurğusu barədə heç bir məlumat verilməyib. Şirkətdən elektromobilin 100 km/saat həddini dörd saniyəyə topladığı və 200 km/saat maksimal sürət həddinə malik olduğu bildirilib. Elektromobil ənənəvi radiator barmaqlığına malik deyildir.

Bununla belə, avtomobilin ön hissəsindəki dekorativ elementlər Bavariya markasına xas olan dizayn üslubunu nümayiş etdirir, həmçinin verici və sensorları arxasında gizlədir. Məlum məsələdir ki, konseptin işıq texnikası tamamilə işıqdiodlarından hazırlanıb. Prototip gələcək taleyi barədə məlumat verilməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt