BMW şirkəti Frankfurt avtosalonunda M8 GTE yarış avtomobilini nümayiş etdirib. Bu kupe ilə istehsalçı Dözümlülük üzrə dünya çempionatında (WEC) çıxış etmək, həmçinin «Le Manın 24 saatı» marafonunda iştirak etmək fikrindədir.

Kupenin qabarit uzunluğu 4980 millimetr, eni - 2046 millimetr, hündürlüyü isə - 1212 millimetrdir. Onun təkər bazasının ölçüsü 2880 millimetrdir. Avtomobilin çəkisi 1220 kiloqramdır. İstehsalçı, 2018-ci ildə işıq üzü görəcək seriya modeli ilə M8 GTE modelinin bənzər elementlərinin dam xətti və işıq texnikasının dizaynın olduğunu bildirib. 

Yarış avtomobili gücü 500 at qüvvəsini aşan 4,0-litrlik V8 turbomühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli sekvental ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Kupe ikili köndələn qolları olan asqı sistemi ilə təchiz edilib. Bundan başqa, avtomobil tənzimlənən amortizatorlara və kpndələn dayanıqlılıq stabilizatorlarına sahib olub. BMW M8 GTE avtomobilinin kuzov panelləri kompozit materiallardan hazırlanıb.

Yarış kupesi həmçinin yüksək sürtünməli differensial, Sachs karbon muftası, 18-düymlük təkər diskləri, obyektləri aşkarlayan arxa görüntü kamerası, 16 düyməsi və yeddi çeviricisi olan sükan çarxı ilə təchiz edilib. Avtomobilin «döyüş» siftəsi gələn ilin yanvarında «Daytonanın 24 saatı» yarışlarında baş tutacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt