Tokyo avtosalonunda Yamaha Cros Hub konseptual pikapının təqdimatı keçirilib. Konsept rombşəkilli qeyri-adi kabinaya və «süzən» kuzova malikdir. İstehsalçı konseptin texniki hissəsi və gələcək taleyi barədə məlumat verməyib.

Konsept avtomobilinin uzunluğu 4490 millimetr, eni - 1960 millimetr, hündürlüyü isə 1750 millimetrdir. Yaradıcılarının fikrinə görə, bu ölçülər pikapın həm şəhərdə, həm də yolsuzluqda istismarını əlverişli edir. Öz ölçülərinə görə konseptual pikap Honda CR-V və Toyota RAV4 modelləri ilə bənzərlik daşıyır.

Rombşəkilli kabina sayəsində pikapın salonunda dörd nəfər yerləşir: sürücü ortada əyləşir, sərnişinlərdən biri onun arxasında diğər ikisi isə yan hissələrdə oturular. Pikapın yük bölümündə iki kross motosiklini və yaxud kvadrosikli yerləşdirmək mümkündür. Kabina və kuzovun tərtibatında ağacdan istifadə edilibdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt