Yamaha şirkəti Tokyo avtosalonunda NWC-4 prototipini nümayiş etdirib. İstehsalçı bu prototipi yaradan zaman musiqi alətlərindən və motosikllərdən ilham aldığını bildirib. Bundan əlavə, istehsalçı bir neçə maraqlı motosikli də gətirməyi unutmayıb.

Prototipin qabarit uzunluğu 2680 millimetr, eni – 900 millimetr, hündürlüyü isə 1480 millimetr təşkil edir. Yamaha NWC-4 iki nəfərlik salona malikdir ki, burada da sərnişin sürücünün arxasında əyləşir. Konsept su ilə soyudulan iki elektrik mühərriki ilə təchiz edilib.

Bundan başqa, prototip batareyaların doldurulması üçün istifadə edilən benzin mühərrikinə də malikdir. Güc aqreqatlarının xarakteristikaları açıqlanmayıb. İstehsalçı konsept haqqında əlavə məlumat verməyərək, onun “ənənəvi motosikllər ilə müqayisə də daha yüksək rahatlığı təmin etdiyini” bildirib.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yamaha şirkəti Tokyo avtosalonunda Niken trisiklini də nümayiş etdirib. Yapon istehsalçısı üçtəkərli sportbayk barədə ətraflı məlumat verməyib. Çox güman ki, bu bayk bir neçə il bundan öncə nümayiş etdirilmiş Yamaha MWT-09 konseptinin seriya variantıdır.

Yeni baykı 847 kub sanimetrlik üç silindrli mühərrik və  Leaning Multi Wheeler (LMW) ön çəngəli ilə təchiz edildiyi də bildirilib. Yamaha şirkətinin nümayəndələri yeni çəngəlin motosiklin döngələrdəki sabitliyini yaxşılaşdırdığını bildiriblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

 Daha bir maraqlı konsept Leaning Multi Wheeler (LMW) texnologiyası ilə təchiz edilən Tritown elektrik skuteridir. 

Skeleton quruluşuna malik olan skuter daha çox uşaq oyuncağına bənzəsə də, cəlbedici dizayna malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yamaha Tokyo avtosalonuna futuristik dizayna malik olan Motoroid baykını da gətiribdir. Bu bayk yapon istehsalçısının gələcəyin motosikllərinə olan baxışını təsvir edir. Elektrik mühərriki arxa təkər topunda yerləşdirilən bayk enerjini ənənəvi mühərrikin yerində quraşdırılan üç silindr formalı akkumulyatordan alır.  

Bayk süni intellekt ilə təchiz edilmişdir ki, bu da ona yarıavtonom rejimdə hərəkət etmək və sahibini tanıyaraq onun ilə ünsiyyət qurmaq imkanı verir. Motoroid prototipinin uzunluğu 2060 millimetr, eni - 600 millimetr, hündürlüyü isə 1090 millimetrdir. Onun çəkisi 213 kiloqramdır.

Image alt Image alt Image alt Image alt Image alt