Subaru şirkəti bu gün işinə başlayan Los-Anjeles avtosalonunda Tibeca modelinin ideoliji davamçısı olan Ascent krossoverini nümayiş etdirib. Subaru şirkətinin tarixində ən iri avtomobil olan Ascent səkkiz yerli salona malikdir.

Yeni krossoverin qabarit uzunluğu 4998 millimetr, eni - 1930 millimetr, hündürlüyü isə 1819 millimetr təşkil edir. Avtomobilin təkər bazasının uzunluğu 2890 millimetrdir. Modelin əsasını uzadılmış və köndələn elementlərlə gücləndirilən SGP (Subaru Global Platform) modul platforması təşkil edir. Krossover öndə McPherson dayaqları, arxada isə, çoxqollu asqı ilə təchiz edilib. Onun klirensi 220 millimetrdir. Sələfindən fərqli olaraq Subaru Ascent altı silindrli mühərriklə deyil, FA ailəsinə daxil olan yeni dörd silindrli 2,4-litrlik turbokompressorlu oppozit mühərriki ilə təchiz edilir. Bu mühərrik 2,0-litrlik oppozit mühərrikini təkmilləşdirilmiş variantıdır. Birbaşa çiləmə sisteminə, ikiaxınlı turbokompressora malik olan aqreqat 260 at qüvvəsi və 376 Nm fırlanma anı hasil edir.

Güc aqreqatı gücləndirilmiş Lineatronic variatoru və firma Symmetrical All-Wheel Drive tam çəkiş sistemi ilə tandemdə çalışır.

Subaru Ascent 2268 kiloqramlıq qoşqunu yedəyə almaq iqtidarındadır. Avtomobilin təchizatına yolsuzluqda sürücüyə yardım edən X-Mode sistemi daxildir. Asfaltda isə, sürücünün yardımına Active Torque Vectoring sistemi gələcəkdir. Bu sistem döngələrdə daxili təkəri yavaşladaraq xarici ön təkərə ötürülən dartma qüvvəsini artırır, beləliklə avtomobilin döngəyə “girməsinə” yardım edir.

Yeni krossover standart olaraq səkkiz yerli salonla təklif edilir ki, ikinci və üçüncü cərgələrin oturacaqları altı sərnişinin rahat səyahət etməsini təmin edir. Bahalı modifikasiyalar üçün ikinci cərgənin “divanını” iki fərdi kreslo ilə əvəz etmək mümkündür. Bu halda avtomobil yeddi yerli olur. Baqaj,  döşəmənin altında yerləşdirilən xüsusi bölmələrə malikdir. Üçüncü cərgəyə rahat keçmək üçün avtomobilin arxa qapıları 75 dərəcə açılır.

Subaru Ascent modelinin təchizatına üç zonalı havalandırma sistemi, ikinci və üçüncü cərgələrin havalandırma deflektorları, 19 stəkan və şüşə altlıqlar, səkkiz USB-portu və 120-voltluq rozetkalar daxildir. Avtomobilin baza variantının təchizatına yeddi təhlükəsizlik yastığı, özündə iki kamera, adaptiv kruiz-kontrolu, avtomatik əyləcləmə və nişanlara nəzarət sistemlərini cəmləyən EyeSight təhlükəsizlik kompleksi daxil edilib. Multimedia sistemi 6,5 və 8,0 düymlük ekranlarla təchiz edilir. Opsiyalar arasında elektriklə tənzimlənən havalandırmalı ön oturacaqlar, ikinci cərgənin qızdırılması, öndə və arxada quraşdırılan kamerlar, işıqdiodlarından fənərlər, həmçinin bəzi funksiyaların smartfon vasitəsi ilə idarə edilməsi vardır.  

Yeni modelin istehsalı yapon markasının Lafayett şəhərindəki (ABŞ) zavodunda aparılacaqdır. Şimali Amerika bazarında krossoverin satışlarına 2018-ci ildə başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt