Mazda şirkəti jurnalistlər üçün qapılarını açan Los-Anjeles avtosalonunda yeni nəsil Mazda6 sedanını nümayiş etdirib. Mazda nümayəndələri avtomobilin tamamilə yeni olduğunu bildirsələr də, qarşımızdakı avtomobilin yenilənmiş variantıdır.

İlk baxışdan, avtomobilin eksteryerində minimal dəyişikliklərin olduğunu görmək olar. Bunlar, radiator barmaqlığını haşiyələyən və ön fənərlərin altına qədər uzanan xrom xətt, daha aqressiv görkəmə malik olan bamperlər və radiatorun barmaqlığının hörmə torudur. Opsiyaların arasında işıqdiodlarından ön fənərlər peyda olmuş, arxa fənərlərin dizaynı isə dəyişdirilmişdir.

Gözə görünməyən dəyişikliklər isə, kuzovun sərtliyinin artırılması və ciddi şəkildə yaxşılaşdırılan səs izolyasiyasıdır.

Səs-küy səviyyəsini azaltmaq üçün arxa təkər tağlarındakı metalının qalınlığı artırılıb.

İlk növbədə, yeni sedanın təchiz edildiyi SkyActive-G 2,5 T mühərriki haqqında danışmaq istərdik. T hərfi turbokompressor mənasını daşıyır. İstehsalçı bu turbokompressoru Dynamic Pressure Turbo adlandırıb. Mühərrikin aşağı dövrələrində kiçik buraxılış klapanından daxil olan qazlar turbinanın sürətlənməsini təmin edir. Əksinə, dövrələr artıqda böyük giriş klapanı işə düşür.

Mazda CX-9 modelindən tanış olan 2,5-litrlik dörd silindrli turbomühərrik 253 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edir. 93 oktanlı benzindən istifadə edildikdə mühərrikin gücü 227 at qüvvəsi təşkil edir. Üstəlik, yeni mühərrik silindrlərin söndürülməsi funksiyasına da sahib olub. Sistem 40-80 km/saat arasındakı sürətlərində dörd silindrdən ikisini söndürərək yanacağa ciddi şəkildə qənaət edilməsini təmin edir.

Tam güc gərək olduqda isə, sistem yenidən iki silindri işə salır. Mazda nümayəndələrinin bildirdiyinə görə, hər iki proses sürücü üçün hiss edilmədən həyata keçirilir. Güc aqreqatı yenilənmiş altı pilləli mexaniki və avtomatik ötürmələr qutusu ilə təchiz edilə bilər. Avtomobilin asqı sistemi də təkmilləşdirilmələrə məruz qalıb. Şirkətdən avtomobilin neytral dönmə xarakterinə malik olduğunu, lakin idman xarakteristikalarını itirmədiyini bildiriblər.

Yenilənmiş Mazda6 sedanının interyerindəki dəyişikliklər daha ciddi xarakter daşıyır. 

Avtomobilin ön paneli bir müddət bundan öncə göstərilmiş Mazda Vision Coupe konseptinin minimalizm üslubunda dizayn edilib.  Yeni cihazlar paneli "quyulardan" məhrum edilib, bahalı modifikasiyalarda isə, spidometr və ona əlavə edilən göstəricilər 7-düymlük displeydə "çəkilib". Mazda6 gücləndirilmiş dəstəkləri olan yeni oturacaqlarla təchiz edilib. Mediasistemin 8-düymlük displeyi yüksəldilmiş kontrasta malik olub. Proyektor isə, artıq görüntüləri kiçik ekranda deyil, alın şüşəsində əks etdirir. Daha bir yenilik opsional dairəvi görüntü sistemidir. Mazda9 krossoverindən sonra, Mazda6 da dəbdəbəli Signature səviyyəsinə sahib olub. Bu modifikasiyanın interyerinin tərtibatında Nappa dəridən, bahalı zamşa və yapon göyrüşündən istifadə edilir.

İlk dəfə olaraq Mazda6 modelində havalandırmalı ön oturacaqlar quraşdırılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt