Acura şirkəti bu gün Detroytda işinə başlamış NAIAS 2018 avtomobil sərgisində RDX krossoverinin prototipini nümayiş etdirəcəkdir.

İstehsalçını krossoveri prototip statusunda təqdim etməsinə baxmayaraq, qarşımızdakı avtomobilin 99% seriyaya hazır olduğunu görmək olar.

Qeyd etmək lazımdır ki, yeni krossover tamamilə yapon şirkətinin ABŞ-dakı bölməsinin mütəxəssisləri tərəfindən hazırlanıb. Yapon istehsalçısı yeni nəsil RDX modelinin hazırlanmasını krossoverin son on ildə başına gələn ən iri modernləşdirilmə olduğunu bildirib. 

Krossover yalnız Acura modelləri üçün nəzərdə tutulan yeni platformada inşa edilibdir. Yeni model 2016-cı ildə nümayiş etdirilmiş Precision konseptinin dizayn üslubunda hazırlanmış görkəmə sahibdir. Artıq Acura RLX bayraqdar modeli, MDX krossoveri və TLX sedanı yeni üslubda görkəmə malik olublar. Krossoverin interyeri də tamamilə yenidir. İnteryerin tərtibat üslubu yaponlar tərəfindən Acura Precision Cockpit konseptində nümayiş etdirilmişdi. 

Yeni model virtual cihazlar panelinə, proqram təminatı tamamilə yenilənmiş multimedia sisteminə və mərkəzi tonneldə quraşdırılan taçpada sahibdir.

İstehsalçı yeni RDX krossoverinin texniki hissəsi barədə məlumat verməsə də, yeni modelin Honda Accord sedanından tanış olan 252 at qüvvəsi və 369 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz ediləcəyi ehtimal olunur.

Güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Avtomobilin mühərrik çeşidinə hybrid güc qurğusunun daxil ediləcəyi də şübhə doğurmur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt